Teymur Rəcəbov: "Qızım mənə mesaj göndərdi. Yazmışdı ki..."

Teymur Rəcəbov: "Qızım mənə mesaj göndərdi. Yazmışdı ki..."Bütün fikrimi və konsentrasiyamı sona qədər saxlamağa çalışırdım. Bu cür sakitliyi qorumaq, sevincli və ya kədərli olduğunu göstərməmək üçün çox böyük emosiyanı saxlamalı olursan.

BiG.AZ apasport.az-a istinadən bildirir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Onlayn blits şahmat üzrə "Airthings Masters" turnirinin qalibi olan qrossmeyster çempionluq sevincini bölüşüb. Finalda Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Rəcəbov bildirib ki, qarşılaşmalar kifayət qədər gərgin alınıb: "Bu, məndən çox böyük enerji aldı və çox yorğunam. Çalışdım ki, Levonu əsas matçlarda - blitsdə məğlub edim. Deyə bilərəm ki, "quru oyun" nümayiş etdirirdim. Səmimi olsam, məqsədim öz oyunumla kiminsə xoşuna gəlmək yox, yarışın qalibi adını qazanmaq idi. Çünki peşəkar şahmatçıyam. Həyəcanlı idim, ya yox, mənim üçün bir fərqi yoxdur. Çalışırdım ki, turnirin qalibi olam".

Həmişə sakitliyi ilə diqqət çəkən Rəcəbov görüşün sonundakı emosiyalarına da aydınlıq gətirib: "Bəli, bəzən mən də emosional oluram. Bu, doğurdan, çətin idi və mən çox xoşbəxtəm. Sakit təbiətli insanlar tanıyıram ki, onlar, əslində, çox emosionaldır. Mən, sadəcə, emosiyalarımı göstərməməyə çalışıram. Sonda isə bunu bacarmadım. Çünki çox gərgin oyun idi və mən sonda qarşılaşmanı xilas edə bildim. Düşünürəm ki, yeni ilə bundan yaxşı başlamaq olmazdı".

Qrossmeyster finalın ilk qarşılaşmasında Aronyanı 2,5:1,5 hesabı ilə məğlub etdikdən sonra xüsusi enerji aldığını da qeyd edib: "Ötən gün qızım mənə mesaj göndərdi. Yazmışdı ki, ata təbrik edirəm, yaxşı oyun idi, növbəti matçda da sənə uğurlar arzulayıram. Bu gün Levonun mənə xüsusilə ağ fiqurlarla çox təzyiq göstərəcəyinə əmin idim. İlk oyun mənim üçün xoş olmadı. Bir müddət tamamilə matçı uduzmuşdum. Öz sakitliyimi qorumağa çalışırdım. Oyunda məğlub olmaq istəmirdim və rəqibin şahını "tələyə" salmağın yolunu tapdım. Çox çətin idi, Levon yüksək səviyyəli şahmatçılar kimi təzyiqi davam etdirirdi. Əlbəttə, yeni ilə bundan yaxşı başlamaq olmazdı, lakin bu, mənim bütün enerjimi apardı, özümü çox yorğun hiss edirəm".

Şahmatçı qarşıdakı planlarından da danışıb. Qalib olmaqla, ABŞ-da keçiriləcək Çempionlar Turunun final mərhələsinə vəsiqə əldə edən Rəcəbov bildirib ki, əsas məqsədi təqvimdə olan digər 8 yarışda uğurlu iştirakdır. O, böyük finalda oynayacağı üçün məmnun olduğunu da sözlərinə əlavə edib.

Rəcəbov son mərhələlərdə qazandığı qələbələrin sirrini də açıqlayıb. O vurğulayıb ki, hər şey turnirə uğurlu hazırlıqdan başlayıb: "Müəyyən dərəcədə ümid edirdim ki, Maqnus Karlsenə (1/4 finalda uduzub - red.) qarşı oynamayacam. Yan Nepomnyaşi ilə mübarizədə blitsdə uduzdum və özümə dedim ki, Karlsen burda yoxdur, lakin yenə uduzuram. Buna görə də oyunumda bəzi dəyişikliklər etdim və bu qərarı vermək də müəyyən zaman aldı. Bu, yarışda özümdən əminliyim üçün çox vacib an idi. Daha sonra düşünürəm ki, necəsə mənə ikinci bir şans və ya buna oxşar bir şey verildi. Nepomnyaşi ilə ikinci blits oyunundan əvvəl fasilə götürdüm. Bilmirəm, siz elmə, enerjiyə və s. inanırsınız, ya yox. Sona qədər mübarizə aparmalı idim".

Rəcəbov son illərdə az yarışda iştirak etməsinin səbəblərini də açıqlayıb. O bildirib ki, şahmatdan ayrılmayıb: "Hər kəsə elə gəlirdi ki, ayrılmışam. Sadəcə, oynamırdım, lakin çox məşq edirdim. Çuçelovla bu gün də görüşdə lazımi gedişlər barədə müzakirələr aparmışam. 2013-cü ildə İddiaçılar Turnirində top şahmatçılara bütün oyunlarda məğlub olmuşdum. Özümə sual vermişdim ki, oynamağı dayandırmalıyammı? Mən, sadəcə, oynamağı saxlamışdım. Bu, davam edəcək yeganə yol idi. Çünki super turnirlərə çıxırdım və İddiaçılar Turnirindən sonra özümə əminliyi itirmişdim. Buna görə də bir növ karyeramda fasilə vermək qərarına gəldim. Çuçelov bunun peşəkar şahmatçı üçün çıxış yolu olmadığını dedi və mən də oyun üsulumu dəyişərək, rəsmi oyunlara qatıldım".

O, qalibi olduğu Dünya Kubokundan da danışıb. Rəcəbov qeyd edib ki, həmin yarış onun üçün tamamilə bir sürpriz olub: "Mən bununla özümə əminliyimi daha yüksək səviyyəyə çatdırdım. Bundan əvvəl uzun illər, 2013-2014-cü illərdən sonra top səviyyəli bir şahmatçı hesab edilmirdim. Bu, hamısı özümə əminliklə əlaqəli idi. Böyük yarışmalarda iştirak edərək, bunu bir növ geri qaytardım. Bunun üzərində çox işlədim, hələ də öz oyunum üzərində çalışıram. İlkin mərhələdəki 12, həmçinin nokaut mərhələsindəki şahmatçılardan hər biri turnirin qalibi ola bilərdi. Bu, yarışa həyəcan qatırdı. Mən də bu turnirin bir hissəsi olduğum və yekunda qalib gəldiyim üçün məmnunam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5185   Tarix: 04 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093