Çinin "Sinovac" peyvəndi nə qədər effektivdir?

Çinin "Sinovac" peyvəndi nə qədər effektivdir?"Hələ aprel ayında Çin peyvəndinin daha tez istehsal və tətbiq olunacağı məlum idi. Həmin peyvəndin həqiqətən də effektiv olacağı və pandemiyanın mərhələlərinin birində insanları xilas edə biləcəyi ilə bağlı müsahibələrimdə bildirmişdim. Bu peyvənd üzərində tədqiqatlar aparılıb, uğurla sınaqdan keçirilib və müxtəlif ölkələrdə tətbiqinə başlanılıb. Bu gün "Sinovac"ın effektivliyi barədə elmi ədəbiyyata son tədqiqatlar daxil edilməsə də, media vasitəsilə onun qoruyuculuq faizi geniş şəkildə ictimaiyyətə çatdırılıb".

Big.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, "Sinovac" peyvəndinin Braziliyada tətbiqindən sonra effektivliyinin 50-90 faiz arası, sonradan isə Türkiyədə aparılan tədqiqat zamanı 91,25 faiz olduğu müəyyən edilib.

Ötən gün isə eyni üsulla hazırlanan "Sinopharm" peyvəndin rəsmi şəkildə Çində istifadəsinə icazə verildi və orada effektivliyin təxminən 79 faiz olduğu bildirildi:

"Bu peyvəndlərin hazırlanma və ölkələrə çatdırılma üsulu Avropa və Amerikada hazırlanmış gen texnologiyasına əsaslanan peyvəndlərdən daha asan və tez başa gəlir. Bu peyvənd inaktiv, yəni ölmüş viruslardan hazırlanır və bu cür digər xəstəliklərə qarşı olan peyvəndlər bir çox ölkələrdə, eləcə də Azərbaycanda da mövcuddur. Amma gen texnologiyası ilə hazırlanan peyvəndlərin xüsusi daşınma və saxlanma şəraitinin tələb olunmasına görə istehsalçılar o peyvəndi bir çox ölkələrə sata bilməyəcəklər. Eyni zamanda "Sinovac"ın bu gün hazır olması və ölkələrə çatdırılması digər istehsal olunacaq peyvəndlərin satışına mənfi təsir göstərəcək. Çünki digər peyvəndlərin istehsaldan sonra saxlanılması və ölkələrə çatdırılması proseduru uzun çəkə bilər. Ona görə də düşünürəm ki, Azərbaycanın digər peyvəndləri gözləməyib effektivliyi məlum olan peyvəndin tətbiqinə qərar verməsi təqdirəlayiqdir".

Çinin "Sinovac" peyvəndi nə qədər effektivdir?Azərbaycanlı alim sözügedən peyvəndin yan təsirləri barədə məlumatlara da münasibət bildirib. O qeyd edib ki, "Sinovac"ın effektivliyi barədə Türkiyədə və Çində aparılan tədqiqatdan sonra yan təsirləri barədə hələlik dəqiq elmi informasiya mövcud deyil:

"İlk olaraq onu bildirim ki, Çində bu üsulla hazırlanan peyvəndin rəsmi icazəsini gözləmədən artıq səhiyyə sahəsində çalışanlara bu peyvənd aylar öncədən tətbiq edilib və pozitiv nəticələr əldə edilib. Rəsmi icazədən əvvəl Çində ümumilikdə 4,5 milyon peyvənd dozası istifadə olunub. Bundan başqa, Türkiyədən öncəki olan və elmi ədəbiyyata artıq daxil olan tədqiqatda qeyd edilən çox az sayda allergik reaksiya var ki, bu da peyvəndin ikinci dozasının vurulması zamanı təkrarən rast gəlinməyib. Xəstələrin bir qismi isə peyvəndin vurulduğu yerdə bir neçə gün olan yüngül ağrıları qeyd edib ki, bunlar da heç bir ağırlaşma ilə nəticələnməyib".

Virusa təkrar yoluxma ilə bağlı məlumatlara toxunan N.Abdullayev bildirib ki, bu və digər peyvəndlər birinci nəsil peyvəndlərə aiddir:

"Birinci nəsil peyvəndlərin əsas funksiyası virusa yoluxma baş verəcəyi halda xəstəliyi çox yüngül simptomlarla keçirtməyi təmin etməkdir. İkinci nəsil peyvəndlər isə selikli qişa immuniteti yarada bilmə qabiliyyətinə görə virusa bir daha yoluxmanın qarşısını tam alacaq. Bu cür peyvəndlərin tam təhlükəsiz tətbiqinə isə təxminən 10-11 aydan sonra başlanacağını ehtimal etmək olar".

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan "Sinovac" vaksinindən 50 milyon doza sifariş edib. Azərbaycanın koronavirus əleyhinə vaksini "Sinovac" firmasından alacağı ehtimal olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1045   Tarix: 01 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960