Koçaryan Ermənistan hakimiyyətini günahlandırdı - VİDEO

Koçaryan Ermənistan hakimiyyətini günahlandırdı - VİDEOErmənistanın sabiq prezidenti Robert Koçaryan Nikol Paşinyanın başçılıq etdiyi hazırkı hakimiyyətin ünvanına ittihamlar səsləndirib. O deyib ki, Ermənistan bütün sahələrdə bu müharibə üçün hazır deyildi. Bunun əksinə, hökumət bu müharibənin baş verməsi üçün əlindən gələn hər şeyi etdi.

Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi.

Bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan "5-ci kanal" telekanalına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, bütün bu uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

Koçaryan bildirib ki, Azərbaycana qarşı təxribatlarda boş sözlərə meyl etmək lazım deyildi.

Sabiq prezident qeyd edib ki, resurslar əhali, büdcə, ümumi daxili məhsul baxımından Ermənistan bu müharibəyə hazır deyildi və bu reallığı qəbul etmək lazım idi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 747   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş