Müdafiə Nazirliyindən Bakıda keçiriləcək paradla bağlı - AÇIQLAMA

Müdafiə Nazirliyindən Bakıda keçiriləcək paradla bağlı - AÇIQLAMAAzadlıq Meydanında keçiriləcək hərbi paradın tarixi açıqlandı.

Müdafiə Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, dekabrın 10-da Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3015   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş