Rusiya Müdafiə Nazirliyindən Xocalı AÇIQLAMASI

Rusiya Müdafiə Nazirliyindən Xocalı AÇIQLAMASIRusiya Müdafiə Nazirliyinin Beynəlxalq Minaəleyhinə Mərkəzinin hərbi qulluqçuları Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən ərazini minalardan təmizləməyə davam edirlər.

BiG.AZ Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya MN mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Uran-6" çoxfunksiyalı texniki kompleksin köməyi ilə Xocalıda yerləşən yaşayış məntəqəsinin 8 hektara yaxın ərazisi qısa müddətdə təmizlənib.
Ümumilikdə 38 hektardan çox ərazi, təxminən 12 kilometrlik yol, 100-dən çox ev və sosial obyekt minalardan təmizlənib, 1100-ə yaxın partlayıcı sursat aşkarnaraq zərərsizləşdirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2743   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş