Ən güclü orduları olan ölkələr - Dost ölkə yenə birincidir - SİYAHI
Dünyanın ən güclü silahlanan ölkəsi İsraildir.
BiG.AZ sfera.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyada Sülh Araşdırmaları İnstitutu (BICC) tərəfindən yayımlanan Qlobal Silah İndeksi (GMI) hesabatında qeyd olunub.
Bildirilib ki, 20 milyard dollarlıq hərbi xərcləri ilə İsrail 2007-ci ildən bu günə qədər lider olaraq qalır.
Siyahıda 10-luğa Bəhreyn, Səudiyyə Ərəbistanı, Sinqapur, Rusiya da daxil edilib.
Yunanıstan isə hesabata görə, 12-ci sıradadır. Ölkə Şərqi Aralıq dənizindəki gərginlikdən sonra Türkiyə ilə qarşı-qarşıya gəlib və son dövrlər silahlanmağa başlayıb.
Türkiyə isə siyahıda 20-ci sırada qərarlaşıb.
BiG.Az


Xəbərlər Baxılıb: 1978 Tarix: 05 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş