Şuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTO

Şuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTO"Sentyabrın 24-ü kiçik qardaşım İsmayıl hərbi səfərbərliklə xidmətə çağırıldı. 27-dən döyüşlərə qoşuldu. Mən isə ayın 28-dən könüllü olaraq döyüşlərə qatılmışam".

Bunu Oxu.Az-a peşəkar boksçu Rauf Ağayev deyib.

O, döyüşlər vaxtı, həmçinin, əsgərlərin təminat işləri ilə də məşğul olduğunu bildirib:

"Mən qoşulanda Füzulinin Şükürbəyli kəndində qızğın döyüşlər gedirdi. Komandir daha sonra dedi ki, biz irəliyə gedirik, ştatda olmadığın üçün səni özümüzlə apara bilmərəm. Elə oldu ki, qayıtdım.

Amma evdə qala bilmədim. Yenidən Hadrut istiqamətində onlara qoşuldum. Hər dəfə də gələndə özümlə əsgər üçün lazımi olan şeylər gətirirdim. İki şirkət bu məsələdə mənə kömək edirdi. Şuşa döyüşlərindən qabaq qardaşımgilə qoşuldum.

Özüm vaxtilə kəşfiyyatda taqım komandirinin müavini olmuşam. Ona görə də əsgərlərimizə öz təcrübəmdən öyrədirdim. Eyni zamanda, onların qidalanması, geyimi ilə bağlı təminatları yerinə yetirməyə çalışırdım.

Şükür Allaha ki, bizimlə döyüşənlərdən hamısı sağ-salamatdır. Yeri gəlmişkən, orada müğənni Vüqar Muradovun da ön cəbhəyə gedib əsgərlərimizin geyim və qida ilə təmin olunmasına yardım etdiyini görmüşəm.

Qardaşım oğlu da döyüşdə idi. Digər qardaşım Elçin də MAXE kimi vuruşurdu. Ümumiyyətlə, nəslimizdən 40-a yaxın bu müharibədə döyüşən olub. Bunlardan üçü yaralanıb, ikisi də şəhid olub.

Mən qeyri-rəsmi döyüşdüyüm üçün Şuşanın alınmasından bir həftə sonra qayıtdım. Qardaşım isə hələ də ordadır. O, 11-ə yaxın yaralı zabit və əsgəri döyüş meydanından çıxarıb, əsir gətirib özü ilə, neçə ermənini məhv edib. İstəmərəm ki, qardaşımın haqqı tapdansın".

Peşəkar boksda "Aslan" ("Lion") ləqəbi ilə tanınan 37 yaşlı Rauf bugünədək peşəkar boksda 35 döyüş keçirib və bunların 28-də qələbə qazanıb. Qalib gəldiyi döyüşçülər arasında ermənilər də olub. "Dinamo" İdman Cəmiyyətində məşqçi işləyən Rauf Şuşada həvəskar boks üzrə yeniyetmə və gənclərdə Azərbaycan çempionu olmuş qardaşı ilə məşq keçən ilk idmançı olub.

"İlk dəfə Aprel şəhidlərinin xatirəsinə boks turnirini mən keçirmişəm. Mənimlə döyüşən qazilərimizə söz vermişəm ki, bundan sonra II Qarabağ Müharibəsinin şəhid və qazilərinin xatirəsinə də turnir keçirəcəyəm.

İlk belə turnir dekabrın 10-da Türkiyədə olacaq, orada döyüşüm baş tutacaq. Sonra bunu Bakıda da etməyi planlaşdırmışıq.

Ümumiyyətlə, özüm döyüşlərimdə rinqə şəhidimiz Mübariz İbrahimova həsr edilmiş musiqinin sədaları altında çıxıram", - deyə Rauf Ağayev deyib.

Şuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTOŞuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTOŞuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTOŞuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTOŞuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2267   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 183
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 176
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 257
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 149
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 269
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 552
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 219