ÇƏNƏSİ olmayan QAZİMİZ DANIŞDI: "Yaralandım, bura qədərmiş dedim..."

ÇƏNƏSİ olmayan QAZİMİZ DANIŞDI: "Yaralandım, bura qədərmiş dedim..."Qazimiz Xəyal Qurbanov Vətən müharibəsində başına gələnləri izləyicilərlə bölüşüb.

BiG.AZ Sonxeber.az-a istinadən paylaşımı olduğu kimi təqdim edir:

"Yaralandım, bura qədərmiş dedim, neytralda deyildim, artıq onlar tərəfdə idim.

Kəlimeyi-şəhadət gətirdim, "Allahu Əkbər" dedim, elə bil mənə güc gəldi. Qalxdım ayağa, çənəmi hiss eləmirdim, gizildəyirdi nəsə, dəri sallanırdı, nəfəs ala bilmirdim, qalxdım yeriyə- yeriyə neytrala tərəf getdim.

Əvvəl gizlənə-gizlənə gedirdik, yaralanandan sonra sanki vecimə deyildi. Minamyot yağırdı, yeriyirdim yenə. 1 km filan gəldim, yolun yarısında, qanaxmam çox idi deyə gözlərim qaraldı, özümü sağ tərəf üstə yerə yıxdım, biraz dincəldim sonra yenə qalxdım. Hamı canının hayında idi, çənəm də yox idi, ümumiyyətlə, məni görən qorxurdu.

Biraz da yeridim bir nəfər kəmərimdən tutub kömək elədi. Kəndə qədər yeridim, təxminən 3-4 km-dən sonra sanitarka gəldi.
Morfi vurdular, məni apardılar Naftalana, orda ilk yardım göstərdilər, oradan Yevlaxa, Yevlaxdan da gecə ilə Bakıya yolladılar.
Bakıda deyiblər ki, bir əsgər gəlir, çənəsi yoxdu, heç kim inanmayıb.
Həkim deyirdi ki, gələndə həqiqətən çənən yoxdu, həm də ilk tibbi yardımı kim eləmişdisə sag olsun, böyük iş görüb, o qurtarıb həyatını.

4 dəfə əməliyyat oldum, birində 12 saat, digərlərində isə 4, 7 saat çəkdi.

Reanimasiyada olanda 4-5 dəfə ürəyim dayanıb, birini hiss elədim, nəfəs ala bilmirdim, aparat cingildədi, işarə elədim, həkimlər töküldülər, ürəyim yerindən çıxırdı az qala. Bir neçə saat sonra ayıldım.

Allah mənə 2 dəfə həyat bəxş etdi, bilmirəm atama, anama, kimə görə etdi, nəyə görə etdi, amma olan budur ki, etdi, mənə 2 dəfə həyat bəxş eledi. Öldürməyəndə Allah öldürmür. Şükür bu günə yaxşıyam, inşAllah daha da yaxşı olacam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3796   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 394
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 479
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 611
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 409
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 494
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 341
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 276
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 624
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 287