"Əsgərlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını gizlədirmişlər"

"Əsgərlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını gizlədirmişlər""Bilənlər bilir, hərbidə ibadət etmək çox çətindir, biz bir dəfə də olsa onun namazını qəza etdiyini görmədik".
Bu sözləri XTQ-nin baş leytenantı şəhid Əliqismət Mükafat oğlu Yaqublu haqqında Yeniavaz.com-a danışan qardaşı Nurlan deyib:
"Qardaşım uşağlığından namaz, ibadət əhli olub. Ən böyük arzusu idi şəhadətə ucalmaq. Əliqismət İmam Hüseyn, Əhli Beyt aşiqi idi. Əsgərləri deyir ki, hərbidə olmalarına baxmayaraq ibadət etmək istəyənlərə çox yaxşı şərait yaradırmış. Bilirsiz onun haqqında danışmaq mənim üçün həm fəxrdir, həm də çətindir. O fərqli insan idi. Onun kimi dost, ata, həyat yoldaşı, qardaş, oğul dünyaya az-az gəlir. Çox fədakar idi".
Nurlan qardaşının son döyüşə qəlpə yarası ilə girməsindən də danışıb:
"Əliqismətin döyüş yoldaşı, kapitan Ceyhun Təhməzov deyir ki, qardaşım onu və yüzlərlə digər yaralı döyüşçüləri döyüş meydanından çıxararaq ölümdən xilas edib. Qardaşımın Şuşaya yaralı getməsi barədə N saylı hərbi hissənin həkimi də öz xatirələrində qeyd edib".
Həkim öz qeydlərində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Əliqismət Yaqublu barədə bu sözləri əlavə edib:
"Şuşa uğrunda gedən döyüşlərdə sanitarlar çox sayda ağır yaralılar və şəhidlər gətirirdilər. Gətirililərin əksəriyyətində köhnə sağalmamış yaralar müşahidə olunurdu. Bizim əsgər və zabitlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını tibbi personaldan gizlədirmişlər. Dünya tarixində heç bir müharibədə belə kütləvi şəkildə fədakarlıq olmayıb.
P.S. Nə qədər ağır olsa da bunu yazmalıyam. Şəhidimiz Əliqismət son döyüşə gedəndə bədənində qəlpə yarası var imiş... ("Gözümün işığı" əsərindən)"
Əliqismət Yaqublu 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olub. 2007-ci ildə Lerik şəhər 3 saylı orta məktəbin 9-cu sinfini bitirib. C.Naxçıvanski adına Bakı Hərbi Kollecinə daxil olub. Kolleci bitirərək 2010-cu ildə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə buranı da müvəffəqiyyətlə başa vurub. Daha sonra TTM-i bitirib, 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən "N" saylı hərbi hissəyə təyinat alıb. 2015-ci ildə öz ərizəsi ilə cəbhə bölgəsinə gedib və Beyləqan rayonunun Milabaddakı Hərbi Korpusunda xidmətə başlayıb. Əliqismət 2016-cı ildə "Aprel döyüşləri"ndə iştirak edərək, qəhrəmanlıqlar göstərib. "Aprel döyüşləri"ndən sonra Qobustana göndərilib. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə, Ağcabədiyə qayıdıb. 2018-ci ildən Cəlilabadda Xüsusi Təyinatlı Qüvələrin baş leytenantı kimi Xidmət Rəisi vəzifəsini icra etməyə başlayıb. XTQ-nin idarəetmə zabitlərindən olub.
Əliqismət Yaqublu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Xüsusi Təyinatlı Qüvələrin zabiti kimi vətən müharibəsində iştirak edib. O, Murov dağ, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun, Kəlbəcər və Laçının bir neçə kəndinin azad olunmasında xüsusi qəhrəmanlıqlar göstərib. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarıb.
Baş leytenant Əliqismət Yaqublu 5 noyabr 2020-ci ildə Daşaltıda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailəli olub, 2 övladı var.
Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi Kələxan kəndinə gətirilərək böyük izdihamla torpağa tapşırılıb.
Allah rəhmət eləsin!

"Əsgərlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını gizlədirmişlər""Əsgərlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını gizlədirmişlər""Əsgərlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını gizlədirmişlər""Əsgərlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını gizlədirmişlər"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428