"Deyir ki, beş paltarım, 2 maşınım var, klipə çək"

"Deyir ki, beş paltarım, 2 maşınım var, klipə çək""Bu, son deyil. Sosial şəbəkə deyilən fenomen hər şeyi dəyişib. Hazırda "4K" çəkən telefonlar var. Bir az da inkişaf etsə, internetin sürəti qalxsa, bitdi. Heç kimə klip lazım deyil. Maşında gedə-gedə video çəkib qoyacaqlar".

BiG.AZ xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev "Birə-bir" proqramında deyib. O, hazırda klip bazarında yaşanan durğunluqdan söz açıb:

"Klip nə idi? Musiqi və üzərinə təsvir. İndi hər şey bəsitləşib. Bizdə inkişaf dünyadakı kimi getmir. Dünyada hər şeyi musiqi prodüserləri idarə edir. Müğənni fikirləşmir ki, hansı obrazda olmalıyam? Müğənni heç nəyə qərar vermir.

İndi bilmək olmaz bunun axırı necə olacaq. Planetdə insanların iq intellekti yenir, texnika inkişaf edir. Bizim işlədiyimiz meydanda işıqçının belə təhsili var idi. O vaxt klip işinə baxan insanların rejissor təhsili var. Rejissor musiqini başqa cür anlayır. Sonra sifarişlər gəldi: beş paltarım, iki maşınım var. Bu insan üçün bu birinci, ikinci klipdir, mənim üçün 60-cı. Axı mənim üçün maraqlı deyil.

Klip mahnının satışına təsir edən qüvvədir. Eyni zamanda müğənnini piar edirsən. Bu, elmdir".

Rejissor fotoqrafların klip çəkməsinə münasibət bildirib:

"Onlar iş almaq üçün müğənnini şantaj edir? Yox, demək, bunlara ehtiyac var. Çəkilişdə beş nəfər olacaq, məndəki kimi 55 yox. İşıq az olacaq. Heç olmasa, fotoqraf işığı bilir, etsinlər. Fotoqraf bir gündə pop, caz musiqisinə fərqli ssenari düşünə bilər.

O vaxt klip niyə lazım idi? Çünki bizim nəsil, sənət adamları iki, üç klip çəkirdi və konsert verirdi. Onlara konsert lazım idi, toy bazarı yox. Sən tamaşaçını qazanmalısan, onu inandırmalısan ki, bilet alıb konsertə gəlməlidir". /Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1919   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş