Koronavirus müğənnini görün nə hala qoydu - FOTO
Müğənni İzzet Yıldızhan İstanbulun Etiler səmtində obyektivlərə tuş gəlib.
BiG.AZ xəbər verir ki, sənətçi avtomobilinin içində meneceri ilə yemək yeyərkən görüntülənib.
İş üçün İzmirdən İstanbula gəldiyini deyən Yıldızhan "Görüşdən əvvəl acdıq. Məkanlar bağlı olduğu üçün yeməyimizi alıb, maşında yeyirik. Koronavirus, bizi nə hallara qoydun" deyə, bildirib.
Müğənni qadağaların olmasına çox sevindiyini də etiraf edib:
"İşə ciddi yanaşıb, bu bəladan xilas olmalıyıq. Bizneslə məşğul olan insan olaraq, ziyanımız var. Amma insan həyatı puldan vacibdir. Sağlam olmasaq, pul nəyə lazımdır?".
Axşam.az
BiG.Az


Şou biznes Baxılıb: 3833 Tarix: 05 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş