Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın həkimi Şaiq Əliyev bu gün yeni növ koronavirusdan vəfat edib.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yerləşdirilib.
55 yaşlı həkim xəstəxananın ümumi cərrahı olub və bir müddət əvvəl koronavirusa yoluxub. Səhhəti ağırlaşdığı üçün Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
BiG.Az


Xəbərlər Baxılıb: 1499 Tarix: 05 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş