70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - VİDEO

70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - VİDEOQəhrəmanımızın böyük nisgili və arzusu vardı- 1 yaşı olarkən atasının qucağında tərk etdiyi Ağdama qalib zabit kimi dönmək! Bəlkə də bütün fikrini xəyalına qovuşmaq üçün hazırlayırdı. Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olan Sənan Kərimov öyrəndiyi döyüş taktikalarini daha da təkmilləşdirmək üçün durmadan çalışırdı.

Ordumuz ırəlilədikcə bizim qətiyyətli igidimizin qəlbi elə həyəcanla çırpınırdı ki... Çox az qalmışdı axı... Dədə-baba yurdu Ağdam qəhrəmanını gözləyirdi. Bölük komandiri olan Sənan xüsusilə Füzuli istiqamətində düşmənin keçilməz hesab etdiyi müdafiə xəttinin yarılması zamanı böyük şücaət göstərib. Döyüşçü yoldaşlarının sözlərinə görə, onun rəhbərlik etdiyi bölmənin qarşısında düşmənin duruş gətirməsi demək olar ki, qeyri-mümkün idi.

Baş leytenant Sənan Kərimov ölüm, təhlükə, ya qorxu sözlərini tanımırdı belə! Buna görə həyatını dəfələrlə rıskə ataraq, ən kritik ərazilərə göz qırpmadan girib və yaralı yoldaşlarını xilas edib. Son döyüşlərdə inanılmaz həmlə ilə 70 nəfərlik heyəti mühasirədən çıxarmağa müvəffəq olub.

Sənan Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı yaxınıqdakı tankdan atılan mərminin düşməsi nəticəsində şəhid olub. Tam arzusunun astanasında şəhadət zirvəsinə yüksəlib. Onun 1 yaşından qəlbində böyütdüyü böyük arzusunu isə döyüşçü yoldaşları həyata keçirib.

Atası Rəhman Kərimovun sözlərinə görə, oğluna kapitan rütbəsi verilsə də, bunu ona təqdim etmək mümkün olmayıb.

Aprel döyüşlərində də iştirak etmiş şəhdimiz 3 aylıq nişanlı imiş və müharibə bitdikdən sonra toyu olacaqmış.

Sənanın Naxçıvanski liseyindəki müəllimi Vüsal Muradovun sözlərinə görə, indi onun bütün şəhid şagirdlərinin ruhu şaddır. Çünki qisasları alınıb.

Qeyd edək ki, şəhid Sənən Kərimov 2-ci Fəxri xiyabanda dəfn edilib.

BiG.AZ Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1668   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0
.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

16:24 0
.

Siyam əkizlərindən biri evləndi

Siyam əkizləri Abbi və Britani adlı siyam əkizlərindən sol tərəfdə olan Abbi evlənib. xəbər verir ki, o, hərbçi Coş Bovlinq ilə ailə qurub. Cütlük 2017-ci ildə kilsədə tanış olublar. Coş digər əkizin də razılığını alandan sonra Abbiyə evlənmə təklif edib. Əkizlərin beldən aşağı orqanları və qan axın

16:22 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0