Paşinyanın komandasında ÖLÜM QORXUSU: "Başımıza nə gələcək?"

Paşinyanın komandasında ÖLÜM QORXUSU: "Başımıza nə gələcək?""Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku parçalanmağa başlayıb".

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti məlumat verib.

"Ermənistan Baş naziri Nikol Paşinyanın komandasındakı böhran getdikcə getdikcə dərinləşir. "Mənim addımım" bloku bir-birinə zidd qruplara bölünüb. Həmin qrupların hər biri bir-birindən xəbərsiz iş görür, qərarlar verir. Blok daxilində durum iflicdir. Hamını yalnız bir sual narahat edir: ölkənin və onların başına nə gələcək? Bəziləri yalnız gələcək karyeralarından yox, həm də fiziki təhlükəsizliyindən narahatdır. Bunların da hamısının Nikol Paşinyandan asılı olduğunu düşünürlər.

Paşinyanı açıq şəkildə və pərdə arxasında qeyd-şərtsiz dəstəkləyən qrupa fraksiya daxilində" intihar dəstəsi "deyilir. Paşinyanı sənədi (Azərbaycana təslim bəyannaməsi) imzaladığına görə tənqid edən - xüsusən də məsləhətləşməməsi və onlara məlumat verməməsi səbəbiylə tənqid edən millət vəkillərinə "xainlər" deyilir. Ən kiçik fürsətdə fraksiya sıralarını tərk etməyə hazır kifayət qədər adam var. Hələ də bir fikir söyləməkdən çəkinən və təhlükə keçənə qədər "suyun altına girən" qərarsız bir qrup da var", - qəzet vurğulayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1022   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş