Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."

Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."Qalib əsgər, qalib vətəndaş! Necə də qürurlu səslənir hər iki söz. Bu hissi yaşayan da, yaşadan da xoşbəxtdir. Çünki 30 ildir həsrətində olduğumuz, qovuşmaq üçün günləri iplə çəkdiyimiz doğma torpaqlarımızın bir qarışı da erməni əsarətində qalmadı. Vətənimizin mərd oğulları düşmənə qan uddurdu, 44 günlük Vətən savaşımızda böyük şücaət, qəhrəmanlıq nümayiş etdirdilər. 22 yaşında Vətən torpaqlarının azad olunması uğrunda döyüşən, böyük qəhrəmanlıq göstərən, iki dəfə yaralanan, ancaq "Vətən daha vacibdir", deyərək qanayan yarasını sarıyıb yenidən döyüşlərə qatılan Şuşa qazisi Siruz Müsüzadənin döyüş yoluna nəzər salacağıq.

Şuşa uğrunda gedən döyüşlərdə yaralı döyüşçü yoldaşını xilas edən, bu zaman özü də çoxsaylı qəlpə yarası alan, o vəziyyətdə saatlarla döyüşən Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, Zərdab raonunun Bıçaqçı kənd sakini Sirus Müsüzadə deyir ki, hər şeyi gözə alıb getmişdik döyüşlərə, Vətənimizin azadlığı uğrunda canım fəda olsun.

Canını Azərbaycanımıza fəda etməyə hazır olan, tariximizin qəhrəmanlıq salnaməsi Şuşa döyüşlərinin canlı şahidi S.Müsüzadə Publika.az-ın suallarını cavablandırıb, döyüşlərdən danışıb:

Vətənin igid oğlunun döyüş yolunu təqdim edirik:

Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."- Siruz, müharibənin ilk günlərindən danışmağınızı rica edirəm. Necə başladız döyüşlərə?

- Biz döyüşlərə sentyabrın 30-u girdik və Füzuli istiqamətində qızğın döyüşlərə başladıq. Oradan Cəbrayıla kimi getdik. İlk dəfə də elə Cəbrayıl istiqamətində, şəhərin girişindəki yüksəklikdə gecə saat 12-də yaralandım. Minomyot atdılar, kəllə-beyin travması aldım. Gözümdən, qulağımdan qan gəlirdi. Səhərə qədər orada qaldım, sonra məni geri qaytardılar. Bir həftə xəstəxanada yatdım. Sonra öz razılığımla cəbhəyə qayıtdım. Tam sağalmadığım üçün buraxmırdılar. Ərizə yazdım ki, getmək istəyirəm. Çox sevinirdim ki, yenidən döyüş yoldaşılarımın yanındayam və düşmənə qarşı mübarizə aparacam. Orda qalanda fikirləşirdim ki, yoldaşlarım öndədir, mən isə isti yerdə yatıram, vicdanım qəbul etmirdi bunu, özümə yaraşdırmırdım. Döyüşlərə başladım, hər gün əməliyyat tapşırıqları alırdıq və uğurla da yerinə yetirirdik. Düşməni sıxışdırıb məhv edirdik. Onlar bizdən çox qorxurdular, döyüş meydanından qaçırdılar. Biz gecə hücuma keçəndə dəhşətə gəlirdilər, eşidəndə ki, biz gəlirik, təlaşdan bir-birlərinə də atəş atırdılar. "Qırmızıbazar"a gedəndə çantamı arxada qoyub bir qrupla düşmənin üstünə getdik. Onların artıq həmin hissədə hərbçisi qalmamışdı. Ancaq mülki əhali idi və bir əsgər qalmışdı. Arxaya qayıdanda bir erməni əsgər qaçıbmış, hətta mənim çantamı da oğurlamışdı.

- Hansı çətinlikləri yaşadınız? Düşmənlə yəqin ki, üzbəüz gəlirdiniz.

- Biz onlarla 5 metrdən döyüşürdük. Qumbara atırdılar, yerdə sürünürdük, ayağa dura bilmirdik, başımızı qaldıra bilmirdik ki, snayperlə vururlar. İriçaplı silahlardan atırdılar. Yanımda məndən başqa üç yoldaşım da var idi. Hər tərəf minalanmış ərazi idi, nə sağa, nə də sola gedə bilrsən, heç ayağını basdığın yeri də görə bilmirsən. Çox balaca minalar basdırıdılar. Biz onları əsir tutanda sual verirdik ki, niyə minanın içərisinə az partlayıcı qoyursunuz. Deyirdilər ki, öldürməsin, həmin insan əzab-əziyyət çəksin. Onlar o dərəcədə vəhşi idilər. Getdiyimiz yerlərdə hər tərəf mina olurdu. Hətta özlərinin içərisində oturduqları evin girişini, ətrafını belə minalayırdılar.

Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."- Neçə nəfərlə gedirdiz düşmənin üstünə?

Biz kəşfiyyatçılar idik. 3 nəfərlik qruplara bölünürdük və döyüşlərə girirdik. Onların arxasına keçirdik və düşməni məhv edirdik. Düşmən çox strateji yerdə, hündürlükdə mövqe tuturdu. Biz ora çətinliklə qalxırdıq. Sağ da, sol da erməni idi. Başımızı qaldıra bilmirdik. Orada döyüşmək üçün hər şeyi gözə alan insan olmalıdır. Hətta valideynlərimin, yaxınlarımın belə mən şəhid olandan sonra yaşayacağı ağrı-acını gözə alıb döyüşə girirdim. Şəhid olan yoldaşlarımızın intiqamını almaq, qanlarını yerdə qoymamaq üçün ora getdik. Hətta kəlimeyi-şəhadətimizi belə deyib döyüşlərə girirdik. Ora elə bir yer idi ki, dağdan yuxarı qalxırdıq və qarşımıza ermənilər çıxırdı. Onların biz tərəfə bir qumbara atması, hamımızın şəhid olması demək idi. Ona görə də hazırlıqlı olmalısan. Ancaq ermənilər bizdən çox qorxurdular. Evlərin qarşısına mina düzürdülər. Amma biz pəncərədən onlara qumbara atdıq, 4 ermənini məhv etdik, 2 nəfər qaçdı, onları da vurduq. Üzərimizdə bir dənə avtomat götürürdük, qumbaralar olurdu. İriçaplı silah götürmürdük.

- Hara qədər davam etdiz? Ərazini düşməndən təmizlədikdən sonra orada möhkəmlənirdiniz, yoxsa kəşfiyyatçı kimi irəliləyirdiniz?

- Biz onları öldürəndən sonra ətrafı yaxşı axtarmalı idik. Çünki gördüklərimizi öldürmək onların orada yox olduğu demək deyildi. Biz ətrafı dəqiqliklə axtarırıdıq. Axşama qədər gözlədik, qəbiristanlıqda qaldıq. Ancaq onlar öz qəbiristanlıqlarını belə vururdular. Orada mövqe qazdıq və səhərə qədər gözlədik. Sonra isə irəliləyirdik.

Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."- Şuşa döyüşlərindən danışmağınızı rica edirəm. Çünki Şuşa uğrunda gedən savaş hər kəsə maraqlıdır, tarix yazmısız orada, böyük qəhrəmanlıq göstərmisiz.

- Biz iki gün Şuşanın Daşaltı hissəsində şəhərin kəşfiyyatında qaldıq. İki gündən sonra hücuma keçdik. Gecə saat təxminən 2 olardı ki, Şuşaya doğru irəlilədik. Əlimizdə olan tək silah avtomat idi, ancaq onlar bizim üstümüzə bütün silahlardan atırdılar. Aşağıdan yuxarı sıldırım qayaları qalxırdıq. Çox çətin idi, dizin-dizin dağı qalxırdıq. Düz qalxmaq qeyri-mümkün idi. Qayadan əlimizlə tuturduq, dizlərimiz yerdə, iməkləyə-iməkləyə qalxırdıq sıldırım qayaları. Dağ kəndiri və kanatdan istifadə etməmişik. İpi atmaq çox təhlükəli idi, çünki bizi kütləvi formada öldürə bilərdilər. Dağa qalxanda inilti eşitdim. Bildim ki, kimsə yaralanıb. Gördüm döyüş yoldaşımdır. Düzdür, tanımırdım şəxsən, ancaq mən ona kömək etməli idim. Vicdanım yol verməzdi ki, onu o vəziyyətdə, yaralı halda qoyub gedim. Qolundan tutdum, yuxarı qaldırdım, bir qolumda yaralı yoldaşım, digər əlimdə silah, o vəziyyətdə döyüşdüm. Sürünə-sürünə qalxdıq yuxarı. Hətta orada ağır çəkidə olan döyüşçülər var idi. Onları daşımaq çox çətin idi. Canfəşanlıq etdik hamımız. Biz nə şəhid olan yoldaşımızı, nə də yaralanan qardaşlarımızı döyüş meydanında qoya bilərdik. Biz kişiyik, qardaşımızı, döyüş yoldaşımızı orada atıb getmək bizə yaraşmaz. Çünki bizim damarımızda bir millətin qanı axır. Bir-birimizə baxıb qürur duyurduq, fəxr edirdik özümüzlə. Ermənilər qorxub qaçırdılar, bizdə isə hər şey əskinə idi. Yaralanan olduqda, təslim olmurdu, son nəfəsəcən döyüşürdük. Orda güllə dəyəcəyi, qəlpə yarası alacağımız gözümüzə görsənmirdi, qisas hissi güclü idi.

- Neçə gün yol getdiz şəhərə doğru?

- Şuşaya qədər təxminən 4 gün yol getdik. Gecə saat 2-də Şuşaya girdik, səhər saat 8-ə qədər döyüşdük. Ora ən ən vacib yüksəklik idi, biz həmin yeri yaralı-yaralı qoruyub saxladıq ki, şəhərin özünə girənlər üçün çətinlik olmasın. Döyüş yoldaşlarm Şuşaya girəndə mərmiləri bitib, mühasirədə qalmışdılar. Ürəkləri rahat olsun deyə silahı atıb əlbəyaxa davaya girirdilər. Qisaslarını bur cür alırdılar.

Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."- İkinci dəfə necə yaralandınız?

- Yaralı yoldaşıma ilkin tibbi yardım göstərdim, ayağı dizdən aşağı hissədən kəsilmişdi. Qəlpə ətini qoparmışdı. Minomyot başımızın üstünə yağırdı. Dağın başına çatmağımıza az qalmışdı. Hiss elədim ki, səs yaxından gəlir. İki mərmi yaxınlığımıza düşdü. Üçüncüdə bildim ki, dəqiq atəş olacaq. Yaralı yoldaşımı yerə atdım. Özüm də onun üstünə yıxıldım ki, ona nəsə olmasın. Çünki o, şokda idi həmin an, növbəti dəfə zərbə alsaydı qanaxmadan şəhid olacaqdı. Ona görə üstünə uzandım ki, mənə dəysin. Qəlpə mənim ayağımdan, sağ qolumdan, əlimdən, kürəyimdən və bir neçə nahiyəmdən dəydi. Özümü şoka salmadım, təşviş yaratmadım. Yaralı yoldaşımı da özümlə birlikdə yuxarı qaldırdım. Orada ilkin tibbi yardım göstərdilər. Biz o vəziyyətdə səhərə qədər atışdıq. Üç gün mən orada yarlı vəziyyətdə qaldım və döyüşdüm. Üç gündən sonra təxliyə gəldi və geri qaytardılar. Axşam saat 8 olardı ki, arxaya qayıdırdıq. Ermənilər bizi yenidən atəşə tutdular. Yaralı vəziyyətdə yağış üstümüzə yağırdı, hava çox soyuq idi. Sanki damarımızda qan da donurdu. Gecə saat 5-ə qədər yol gəldik. Bundan sonra artıq təhlükəli bölgəni keçmişdik. Sonra isə sağ olsunlar, bizə yardım etdilər, Füzuliyə gətirdilər, müalicə aldıq. Ancaq geri qayıtmasaq da, şəhər uğrunda yaralanmayan yoldaşlarımız döyüşürdü.

Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."- Dincəlmək imkanınız olurdumu?

Xeyr, yatmaq olmurdu, yemək yox idi. Biz orada yata bilməzdik. Çünki düşmənin içinə sızmışdıq, onların arxasına keçmişdik. Ona görə ayıq-sayıq olmalı idik. Bir həftə yatmamışıq, ac-susuz vəziyyətdə düşmənin üstünə hücum etmişik.

- İndi vəziyyətiniz necədir?

Şükürlər olsun, yaxşıyam. Bədənimdə 5 qəlpə qalıb, onu hələ çıxartmayıblar. Çünki yaralar həddindən artıq çox idi, ağrısına dözmək olmurdu. Hazırda ev şəraitində məzuniyyətdəyəm, ayın 5-i yenidən hospitala geri qayıdacam. Əgər məsləhət bilsələr, qəlpələri çıxardacaqlar, olmasa, bədənimdə qalacaq.

- Sizin kimi igidlərimizin sayəsində torpaqlarımızın bir qarışı da düşmən tapdağında qalmadı. Qələbənin iştirakçısı olmaq necə hissdir?

- Çox gözəl hissdir. İnsan özü-özü ilə qürur duyur. Şuşanın alındığı gün mən xəstəxanada idim. Yoldaşlar gəlib gecə məni oyadırdı. Səhər oyandım, çox dolmuşdum, içimdən ağlamaq gəlirdi, bilmirdim şəhid qardaşlarım üçün ağlayım, yoxsa qələbəyə sevinim. Qarışıq hisslər yaşayırdım. Fəxr edirdim ki, əziyyət çəkdik, bəhrəsini də gördük. Qanlar tökdük bu yolda, böyük əziyyətlər çəkdik. Şükür olsun bu günə. Qan bahasına da olsa, torpaqlarımızı qaytardıq. Nə qədər dostumuz, qardaşlarımız şəhid olsa da, bu, nə qədər acılı olsa da, həyatıma yazacağım ən xoş gündür. Daha xoş olardı ki, mən yaralanmayım və Şuşaya bayrağımızı sancım. Amma qismət, buna da min şükür. Qürur duyuram ki, Şuşa uğrunda gedən döyüşlərdə mən də iştirak etmişəm. Ən böyük arzum Şuşaya bayraq sancmaq idi. Hətta bayrağımı da özümlə aparmışdım, ancaq yaralandığım üçün geri qayıtdım. Şuşa Qarabağın gözü, bəbəyidir. Biz oranı aldıqdan sonra ermənilər psixoloji cəhətdən də məhv oldular.

Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."- Xalqın dəstəyini hiss edirdinizmi?

- Xalq bizi çox gözəl dəstəklədi. İnsanlar isti yeməklər, geyimlər göndərirdilər, bizi hər şeylə təmin edirdilər. Xəstəxanada həkimlər bizə çox yaxşı baxırdı. Ayaqlarımızı, başımızı belə yuyurdular, elə bil ki, evimizdəydik.

- Torpaqlarımız alındıqca sevincinizi necə qeyd edirdiniz?

- Çox yaxşı idi. Çox sevinirdik. Ancaq sevinc hissimizi içimizdə saxlayırdıq, qışqıra, qeyd edə bilmirdik. Çünki o şəraitdə bu ola bilməzdi. Amma həddindən artıq çox sevinirdik. Düzdür, hər şeyi gözə almışdıq. Şəhidlərimizin qisasını almalı idik.

Xüsusi təyinatlı DƏHŞƏTLİ FAKTLARI AÇDI: "Ermənilər ona görə minaya az partlayıcı qoyurlar ki..."- Son olaraq, qarşılaşdığınız ən çətin məqamı qeyd etməyinizi xahiş edirım.

- Şuşada olanda yaralı vəziyyətdə həyatdan qırılmışdım. Sağ qayıdacağıma inanmırdım. Özüm üçün qumbara ayırmışdım. Nəsə olardı, əsir düşmə ehtimalım olsaydı, özümü partladacaqdım. Əsir düşmək istəmirdim, kişi kimi ölmək istəyirdim. Ən axır məqamda partladacaqdım, özümü də, onları da məhv edəcəkdim. Hər birimiz kişi kimi döyüşdük. Şükürlər olsun, qələbə qazandıq. Tam sağalım, işimə davam edəcəm. Çox sevirəm hərbini, işimin heyranıyam.

- Tezliklə sağlamlığınıza qoşvuşmağı və heyran olduğunuz işinizi davam etdirməyini arzu edirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8031   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999