Kontuziya nədir, niyə əsgərlərin qulağı və dili tutulur? – Eks hərbi həkim danışdı

Kontuziya nədir, niyə əsgərlərin qulağı və dili tutulur? – Eks hərbi həkim danışdıQarabağ savaşında yaralanıb eşitməsi, nitqini itirən və ya döyüşə getməzdən öncə normal danışan, lakin yaralandıqdan sonra nitqində qüsurlan yaranan əsgərlərimiz az olmadı.

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, müharibə zamanı çox rast gəlinən travmalardan biri də kəllə-beyin travmalarıdır.

Uzun müddət hərbi hospitalda, yaralı hərbçilərin müalicəsi ilə məşğul olmuş həkim Mirzə Qaraşov kantuziyanın əlamətləri, neçə müddətə sağalması barədə açıqlama verib.

"Müharibə, döyüş əməliyyatları zamanı daha çox aşağı və yuxarı ətrafların zədələnməsi, qəlpə və güllə yaralanmaları rast gəlinir.

Əsgər döyüş zamanı daha çox baş nahiyəsini qorumağa çalışır, ona görə ətrafların zədələnmələri daha çox baş verir. Eləcə də bronjiletlər döş qəfəsini qoruyur.
Kəllə beyin travmaları açıq və qapalı olur.

Açıq travmalarda beyinin apenefrozu zədələnir

Ümumiyyətlə, kəllə beyin travmalarının 3 qrupu var. Beynin silkələnməsi, beynin əzilməsi və beyinin sıxılması.

- Beyin silkələnməsi – kəllə beyin travmalarının ən yüngül formasıdır. Bu zaman huş bir neçə dəqiqədən bir neçə saata kimi itə bilər. Huş bərpa olduqdan sonra da xəstədə bir qədər tormozlanma müşahidə olunur.
Bu yaddaşın müxtəlif dərəcədə itirilməsi ilə səciyyələnə bilər, buna postravmatik amneziya deyilir.

Şüur bərpa olunandan sonra hərbçidə bir müddət astenik vəziyyət, baş gicəllənmə, ürəkbulanma, baş ağrıları, təzyiqin qalxması ola bilər. Nistaqm – eşitmədə problem yaranır, bu da qulaq labirintinin zədələnməsi ilə bağlı ola bilər. Bu travmada beyin və onurğa beyin maddəsi zədələnmir.

Beyin silkələnmələrində sağalma bir neçə gündən – bir neçə həftəyə kimi baş verir.

- Kontuziya – beynin əzilməsi isə yüngül, orta və ağır dərəcədə olur. Yüngül dərəcədə huşun itməsi bir neçə saat çəkir. Güclü baş ağrıları, başgicəllənmə, təkrari qusmalar, amneziyalar, yaddaşın pozulması, taxikardiya, arterial təzyiq, hərarətin yüksəlməsi müşahidə oluna bilər.

Nevroloji simptomlar çox kobud və ağır olmur. Meningial simptomlar, nistaqm bir neçə həftədən keçir.

Orta ağır dərəcəli beyin əzilməsində isə kəllə sümüklərində sınıqlar, beyin və onurğa beyin mayesində də qan olur.
Huş 4-6 saata qədər itir.

Bu formada da kəskin yaddaş pozulması olur: retroqrad və andreqrad amneziyalar şəklində.
Bu zaman da güclü başağrıları, ürəkbulanma, qusmalar, bradikardiya, arterial təzyiqin yüksəlməsi, hərarəti, meningial əlamərtlər, psixi pozulmalar müşahidə olunur. Ocaqlı pozulma simptomları- gözün bəbəkləri hərəkətlərdə, ətraflarda hissiyyat pozğunluğu, nitq pozulması, kəkələmə şəklində rast gəlinir.

Bu simptomlar 4-6 həftə ərzində bərpa olur. Bəzən isə daha uzun müddət qalır.

Kontuziya nədir, niyə əsgərlərin qulağı və dili tutulur? – Eks hərbi həkim danışdıAğır dərəcəli beyin əzilmələrində huşun itməsi bir neçə gündən bir neçə həftəyə qədər çəkə bilər. Xəstə huşsuz vəziyyətdə olur. Burda da eyni kəskin əlamətlər olur. Udqunma, nitq pozulması, ümumi nevroliji, psixoloji pozulmalar müşahidə olunur. Bu dərəcədə sağalma, bərpa proqnozu xoşagələn deyil.
Burda bir qayda olaraq kəllənin tağ sümüklərində sınıqlar olur.

Kəllə-beyin zədələnmələrində ilk travma dövründə müalicə neyrocərrahın profilinə daxildir. Kəskin dövr keçdikdən sonra nevroloqlar müalicə edir.

Döyüş zamanı beynin silkələnməsi, beyin əzilməsi, yəni başda, kəllədə ciddi zədə olmadan da reaktiv psixozlar ola bilər. Bunlar da psixoloq, psixiatrlar tərəfindən müalicə olunur.

Kəskin dövr keçdikdən sonra əsas iş reabilitoloqların üzərinə düşür. Burda ətrafların, hərəkətlərin bərpası üçün xüsusi kurslar keçirilir. Eyni zamanda psixoloqlar iş aparır.

Bir hemeopat kimi qeyd edim ki, hərbi döyüşlərdə yaralananlara kəskin dövrdən sonra həm daxili orqan, həm baş beyin və nevroloji bərpa üçün hemeopatik preparatlardan da istifadə etmək olar. Amma bu dərmanlar sığorta tərəfindən təmin olunmadığı üçün tətbiq olunmur. Lakin təcrübəmə əsasən deyə bilərəm ki, yaralı əsgərləri hemeopatiya ilə kifayət qədər tez və effektiv müalicə və bərpa etmək mümkündür.

Kontuziya nədir, niyə əsgərlərin qulağı və dili tutulur? – Eks hərbi həkim danışdı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5713   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 651
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 238
.

Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?

İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə bağlı açıqlama verib. Bəs, doğurdan da qızılcaya yoluxma hallarında ciddi təhlükə gözlənilirmi?. Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusun

02.12.2023 1367
.

"Koronovirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq" - RƏY

"COVID-19 pandemiyası zamanı istər qlobal miqyasda, istərsə də Azərbaycandakı proseslərin gedişinə nəzər yetirsək, görərik ki, dövlətimiz bu istiqamətdə bütün imkanlarını səfərbər etdi. Azərbaycan səhiyyə təşkilatları, o cümlədən dövlətin müvafiq qurumları pandemiya ilə mübarizədə Azərbaycan modelin

02.12.2023 906
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 412
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 417
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 782
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 952
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2581