Şəhid Xudayarla bağlı VACİB AÇIQLAMA

Şəhid Xudayarla bağlı VACİB AÇIQLAMASentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi. Bu qələbənin əldə edilməsində şəhidlərimizin müstəsna rolu var. Məhz buna görə metro stansiyalarına İkinci Qarabağ müharibəsində iştirak edən və şəhid olan qəhrəmanlarımızın adlarının verilməsi təklif olunur. Əsas təkliflərdən biri də gözəl ifası ilə ürəklərdə taxt quran Xudayar Yusifzadənin adının Ağdamda küçələrin birinə verilməsidir.

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, cəmi 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ordumuz şərəfli tarix yazıb:

"2783 hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Onların hər biri Vətən uğrunda canlarından keçməklə, əsl qəhrəmanlıq dastanı yazdı. Hər bir şəhidin əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq. Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu muzeydə hər bir şəhidlə bağlı məlumatlar əksini tapacaq. Gözəl səsi və xarizması ilə milyonlarla insanın qəlbində özünə yer etmiş Xudayarla bağlı onu deyə bilərəm ki, belə məsələlər emosiyalarla deyil, qanunla tənzimlənir. "Şəhid adının əbədiləşdirilməsi ilə bağlı" Nazirlər Kabinetinin qaydalarına əsasən, şəhidin adının metroya, küçəyə və s. verilməsi üçün onun minimum 2 dövlət ordeni ilə təltif olunması şərtdir. Təbii ki, hər bir şəhid, qazi, iştirakçı göstərdikləri xidmətin qarşılığını alacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5702   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş