37 milyon yaşı olan skelet hərraca çıxarılır

37 milyon yaşı olan skelet hərraca çıxarılırABŞ-da yerləşən fermada tapılmış 37 milyon illik "qılınc dişli pələng" skeleti hərraca çıxarılacaq.

Bu barədə "Haber Global" məlumat yayıb.

Təxminən 120 santimetr uzunluğundakı skeletin dekabrın 8-də İsveçrədə hərraca çıxarılacağı qeyd olunur. Hərracın ilkin qiymətinin 55-74 min avro arasında dəyişəcəyi bildirilir.

Cənubi Dakotada aşkarlanan və sümüklərinin 90 faizi yerində olan skeletin 160 kiloqram ağırlığında "hoplophoneus" adlı canlıya aid olduğu qeyd edilir./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1109   Tarix: 03 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş