Rusiyalı futbolçular ölkəmizə BELƏ DƏSTƏK OLDULAR - VİDEO
Tatarıstanın (Rusiya Federasiyası) paytaxtı Kazanda fəaliyyət göstərən "Parus Savinovo" adlı komandanın yeniyetmə futbolçuları Azərbaycana dəstək olub.
BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, futbolçular qalib gəldikləri son oyundan sonra qələbəni ölkəmizə həsr edib və "Yaşasın Azərbaycan!" deyiblər.
Qeyd edək ki, bu komandanın baş məşqçisi bakılı Vladimir Kopeykindir. Keçmiş qapıçı vaxtilə ölkəmizdə "Bakı Fəhləsi", "ANS-Pivani", "Dinamo" (Bakı) və "Neftçi"də çıxış edib.
BiG.Az


Xəbərlər Baxılıb: 1933 Tarix: 03 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş