Azərbaycanda prokuror koronavirusdan VƏFAT ETDİ - Dəfn tarixi və yeri bəlli oldu

Azərbaycanda prokuror koronavirusdan VƏFAT ETDİ - Dəfn tarixi və yeri bəlli olduKoronavirusdan vəfat edən Tərtər rayon prokuroru Şıxəli Alməmmədov sabah dəfn ediləcək.

Big.az "Report"a istinadən xəbər verir ki, Ş.Alməmmədov dekabrın 4-də Göygöl rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Ş.Alməmmədov bu gün koronavirusdan vəfat edib.

21:25

Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.

Big.az "Report"a istinadən xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.

Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3466   Tarix: 03 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş