Azərbaycanda 3 günlük iş sistemi tətbiq oluna bilər

Azərbaycanda 3 günlük iş sistemi tətbiq oluna bilərAzərbaycanda koronavirusa yoluxanların sayı 4000-i, ölənlərin sayı 40-ı keçib. Yoluxma dinamikası artdığı üçün Operativ Qərargahın dünən keçirilən brifiqində 2 həftə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib. Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev iki həftə öncə də sərt karantin rejiminə keçməli olduğumuzu dediyini xatırladıb:

"18 yaşına qədər uşaqların və 65 yaşdan yuxarı şəxslərin 2 həftə evdən çıxmasına qadağa qoyulmalıdır. Çünki onların getməli olduqları zəruri yerləri yoxdur. Dərslər bağlıdır, evdən onlayn dərslərini keçirlər. Yaşlı insanların da yəqin ki, çörək və dərman almağa kimisə var. Olmasa da, qonşusundan xahiş edə bilər ki, ona gündəlik ehtiyac duyduqlarını alsın.

Mümkün qədər insan təmaslarını azaltmalıyıq. Bununla yanaşı, sürüşkən iş qrafikinə keçmək, yaxud iş həftəsini azaltmaq olar. Bizim məqsədimiz odur ki, insan təması azalsın. Bunun üçün də müxtəlif variantlar mövcuddur. Operativ Qərargah istədiyini seçə bilər".

Deputat vurğulayıb ki, həftədə iki gün karantin rejimi sərtləşdirilir:

"Biz bunu 3 gün edə bilərik. Yaxud həftədə 3 gün iş günü edib, 3 gündə də "sms icazə" sistemini tətbiq etmək olar. Bundan əlavə, avtobusların sayını artırmaq lazımdır.

Vaksin hələ tapılmayıb. Əlimizdə olan imkanlar bunlardır: maska taxılsın, sosial məsafə qorunsun və dezinfeksiya məhlullarından istifadə edilsin. Maskadan düzgün istifadə olunmur. Çox adam görüntü və cərimə edilməmək üçün maska taxır. Təəssüf ki, şüurlu şəkildə bu xəstəliyə yanaşma hələ də formalaşmayıb. Sosial məsafə də gözlənilmir. İstənilən yerə müşahidə üçün getsəniz, görərsiniz ki, marketlərdə, apteklərdə, bazarlarda və avtobus dayanacaqlarında 2 metrlik məsafə gözlənilmir. Buna görə də yoluxma ehtimalı artır. Dezinfeksiya məhlullarından daha çox yaz və yay aylarında istifadə olunurdu. Buna görə də bütün yük dövlətin üzərinə düşür. Sərt karantin rejiminə keçməklə və daha çox yoluxma olan rayonlarda qapadılmaya getməklə xəstəliyin yayılmasının qarşısını ala bilərik. Çünki artıq klinikalarda yer yoxdur, təcili tibbi yardım çatdıra bilmir. Evdə müalicə olunanlarla bağlı real statistika yoxdur. Ona görə də yaxşı olar ki, Operativ Qərargah, yaz-yay aylarında olduğu kimi, hər gün statistik nəticələrlə bağlı brifinqlər keçirib, vəziyyətlə bağlı əhalini məlumatlandırsın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 26608   Tarix: 03 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814