Koronavirusdan sağalanlarda qoxu hissi nə zaman bərpa olunur?
Koronavirusa yoluxmadan sonra qoxu hissi xəstəlik dərəcəsindən asılı olaraq bir neçə gün ərzində bərpa olunur.
Bu barədə Tibbi və Bioloji Agentliyin Otorinolarinqologiya tədqiqat mərkəzində Somnologiya şöbəsinin müdiri həkim Aleksandr Melnikov bildirib.
"Müxtəlif şəkildə - bir və ya iki gündən sonra, bəzən isə düzəlməyə bilər. Belə variantlar da olur. Ancaq ən çoxu dörd-beş gün çəkir", - deyə Melnikov qeyd edib.
O, qoxunun itirilməsinin sinir sisteminə ziyan vurması nəticəsində ola biləcəyi fərziyyəsini də irəli sürüb.
Oxu.az
BiG.Az


Xəbərlər Baxılıb: 1447 Tarix: 02 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş