Şəhid Xudayarın sinif yoldaşı DANIŞDI: Gitarası var idi...

Şəhid Xudayarın sinif yoldaşı DANIŞDI: Gitarası var idi...Hər birimizin qəlbində özünəməxsus yer tapan Vətən fədaisi, şəhid Xudayar Yusifzadənin orta məktəbdə bir yerdə oxuduğu sinif yoldaşı Könül Əlizadə Sonxeber.az-a danışıb.

Könül xanım Xudayarın həyatda da çox pozitiv, hər kəsin dərdinə şərik insan olduğunu bildirib:

"Xudayar şən insan idi. O, hər birimizin gözündə elədə qalıb. Sinifdə kiminsə problemi olanda həmişə özünü qarşıya verib, həll etməyə çalışırdı. Gitarası var idi, məktəbə gətirib çalıb oxuyardı. Hər birimizin gözündə o, mərd insan kimi qalıb. Onun ölümünə inanmıram. Eşidəndə mənə çox pis təsir etdi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1350   Tarix: 02 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş