"COVİD-19"dan ölüm riskini azaldan MÜKƏMMƏL RESEPT
Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını görürük. Virusun ağırlaşmasının qarşısını almaq üçün bütün dünyada tədqiqatlar aparılır.
BiG.AZ xəbər verir ki, bununla bağlı həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlunun özünün "İnstagram" səhifəsində paylaşım edib.
Onun sözlərinə əsasən, Pakistan, Çili, Kanada və ABŞ-dan olan araşdırma komandası bal və "Nigella sativa" (çörək otu) qarışımının koronavirus müalicəsində təsirini araşdırıb.
Məlum olub ki, bu təbii dərman "COVID-19" xəstələrində simptomları, viral klirensi və ölüm risklərini azaldır.
Dr. Eldroğlunun məsləhət gördüyü resepti oxuculara təqdim edirik:
"Çörək otu toxumu və bal 1:3 nisbətində (yəni 200 q çörəkotu və 600 q bal) qarışdırılır və gündə iki dəfə daxilə qəbul edilir".
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş