Bu qız 2 ildir heç nə yemir

Bu qız 2 ildir heç nə yemir20 yaşlı britaniyalı Loren bir ildir heç bir qidanı yeyə bilmir. O istənilən qidanı yeyən kimi qırmızı ləkələrlə örtülür, nəbzi sürətlənir, huşunu itirir.

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, o hətta yeməyin qoxusundan belə anaflaktik şoka girə bilər.

Qızda nadir genetik immun xəstəlik var, bu zaman allergik reaksiya 90 faiz qidalara yaranır.
Lorenin xəstəliyi tədricən inkişaf edib.

2 il əvvəl onun allergiyası 10 qidaya idi, o toyuq, düyü, kartof, kök yeyə bilmirdi.
Sonradan reaksiya kəskinləşdi.

Qızı qidalandırmaq üçün onun mədəsinə zond yerləşdirdilər. Lakin zondla da mədəyə düşən qida reaksiya verdi. O zaman həkimlər zondu ürəyin içərindən keçirməyə məcbur oldular.

Hazırda Amerikada bu xəstəlik üçün hazırlanan yeni preparata ümidli olan qız nə vaxt normal yemək yeyəcəyi günü gözləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2174   Tarix: 02 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş