Nar meyvəsi "Viaqranı" əvəz edə bilə - Alimlər

Nar meyvəsi "Viaqranı" əvəz edə bilə - AlimlərHazırda su qiymətinə olan milli simvolumuz nar bir çox dünya xalqlarının axtardığı, daha baha aldığı bir nemətdir.
Qabığından tutmuş tumuna kimi faydalı olan narın daha bir xüsusiyyəti elmi sübut olunub.

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, Şotlandiyada keçirilən tədqiqatda 58 kişi üzərində narın təsiri sınanıb.
Təcrübədə kişilər hər gün 2 stəkan nar şirəsi qəbul ediblər.

2 həftədən sonra onlardan analiz götürülüb.

Qanda əsas kişi hormonu olan testosteronun əsaslı şəkildə artması qeyd olunub. Eləcə də kişilər nar suyundan sonra seksual fəaliyyətin də qənaətbəxş olduğunu bildiriblər.

Alimlər əminliklə bu meyvəni "Viaqra" kimi cinsi istəyi artıran maddənin əvəzləyicisi hesab edirlər.
Nar qadınlara da eyni təsir edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3676   Tarix: 02 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş