Bakıda gənc oğlanı avtomobil vurdu

Bakıda gənc oğlanı avtomobil vurduBakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Big.az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Rayonun Dilarə Əliyeva küçəsində yolu keçən 1999-ci il təvəllüdlü Əliyev Cavid Vəlixan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 743   Tarix: 02 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş