Qazağın işğal olunmuş 7 kəndi ilə bağlı VACİB AÇIQLAMA

Qazağın işğal olunmuş 7 kəndi ilə bağlı VACİB AÇIQLAMA"Qazaxın 7 kəndinin Azərbaycana qaytarılması sazişin əsas bəndlərindən biridir. Türkiyə Prezidenti də şəxsən bildirib ki, həmin kəndlər Azərbaycan ərazisidir və geri qaytarılmalıdır"

BiG.AZ xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Qabil Hüseynli bildirib. O deyib ki, həmin ərazilər yüksək strateji əhəmiyyətə malikdir:

"Oradan böyük bir yol keçir. Həmin yol da, 7 kənd də geri qaytarılacaq. Qazaxın 7 kəndi, Laçın üçün müəyyən olunmuş zamanda geri qaytarılmalıdır. Ermənilər aranı qatmağa çalışırlar. Bu səbəbdən daha ehmalca hərəkət edirik. Onsuzda 7 kənddə nə erməni yaşayır, nə azərbaycanlı. Ermənilər oranı xarabalığa çeviriliblər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4873   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş