"Ərimdən şübhələnsəydim həyatımın sonu olardı" - Nikol Kidman

"Ərimdən şübhələnsəydim həyatımın sonu olardı" - Nikol KidmanHollivud ulduzu Nikol Kidman 2007-ci ildən evli olduğu həyat yoldaşı haqqında açıqlama verib.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, aktrisa əri Kit Urbanla münasibətlərinin çox yaxşı olduğunu və ona hər zaman inandığını dilə gətirib.

"Həyat yoldaşımla evləndikdən sonra bir gün belə olsa, onun mənə olan sədaqətindən və etibarından şübhələnmədim. Əgər bu hal baş versəydi, həyatımın sonu olardı. Çünki bu bizim ailə həyatımızın əsas təməlini təşkil edir. Buna görə də mən çox şanslıyam. Həyat yoldaşım düşüncəli və mehriban insandır" - deyə, Nikol bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1160   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş