"Qarabağ"da 50-ci oyun

"Qarabağ"da 50-ci oyun"Qarabağ"ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib.

BiG.AZ Sport24.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi yubileyini "Səbail"lə 11-ci turun səfər matçında (1:1) qeyd edib.

O, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub. Zubir 50 oyunda 14 qol vurub. Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.

Qeyd edək ki, Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də "Sumqayıt"la ev matçında (1:0) debüt edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 383   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş