Qardaşım müharibəyə gedəndə anam dedi ki, gözüm aydın olsun"

Qardaşım müharibəyə gedəndə anam dedi ki, gözüm aydın olsun""Uşaqlarıma deyirəm ki, sizi təbrik edirəm. Onlar müharibə görməyəcək. Biz onlara torpağı, Azərbaycanı bütöv təhvil veririk. İndi uşaqdılar başa düşməyə bilərlər, amma zaman keçdikcə dəyərini anlayacaqlar".

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva "Onların səsi" proqramında deyib. Sənətçi qardaşının da ikinci Qarabağ müharibəsinə getdiyini söyləyib:

"Qardaşım da döyüşdədir. Onu yola salanda getdim ki, anama ruh yüksəkliyi verim. Qayıtdı ki, bəsdirin, mənə başsağlığı verməyin. Fəxr edirəm, gözüm aydın olsun ki, oğlum əsgər gedir. Analardan bu sözü eşidən əsgər qalib gəlməli idi.

Sevincimizin həddi-hüdudu yoxdur, artıq biz həsrət yox, zəfər nəğməsi oxuyuruq. Qürur duyuruq. İndi tarixi, əbədi qürur yaşayırıq. Qarabağ Azərbaycandır... Qələbə xəbərini eşidəndə elə qışqırdım ki, hələ qonşular səsimi elə eşitməmişdi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1879   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş