Müharibə bitən kimi nişanlanacaqdı, şəhid oldu - VİDEO
Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də Emin Məmmədovdur.
BiG.AZ "Xəzərxəbər"ə istinadən xəbər verir ki, 1992-ci ildə Beyləqanın Qəhrəmanlı qəsəbəsində anadan olan hərbçimiz müharibə başlayanda ön cəbhəyə yollanıb.
Xüsusi təyinatlı bölmədə kəşfiyyatçı-atıcı olan Emin Məmmədov snayper kimi düşmənə sözün əsl mənasında qan uddurub. O, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin mövqelərinin darmadağın edilməsində xüsusi rol oynayıb. Oktyabrın 27-də Füzulinin Qaraxanbəyli kəndində düşmən gülləsinə tuş gəlib və şəhid olub. Onun qəhrəmənlığı barəsində valideynlərinə döyüş yoldaşları danışıb.
Atası və anası hazırda övladları ilə qürur duyurlar. Eminin şəhid olması ürəklərini ağrıtsa da, vətən torpaqlarının azad olunmasında oğullarının da payının olması onlar üçün böyük fəxrdir. Valideynləri deyirlər ki, Emini evləndirmək niyyətləri olub. Axırıncı dəfə onunla danışanda bildiriblər ki, müharibə qurtaran kimi onu istədiyi qızla nişanlayacaqlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş