Vilayət Eyvazov generala yüksək vəzifə verdi

Vilayət Eyvazov generala yüksək vəzifə verdiDaxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

O, bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

DİN-in Mətbuat Xidmətindən məlumatı Oxu.Az-a təsdiqləyiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1189   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş