Hərbçimiz Zülfiyyə Xanbabayevaya GÖRÜN NƏ HƏDİYYƏ ETDİ - VİDEO
Şuşada olan hərbçilər Xalq artisti Zülfiyyə Xanbabayevaya hədiyyə göndəriblər.
BiG.AZ xəbər verir ki, bunla bağlı müğənni sosial şəbəkədə paylaşım edib. Videoda Xanbabayevanın "Şuşanın dağları" ifasının şəhərdə hərbçilərimiz tərəfindən səsləndirildiyi yer alıb.
"İllərdir ifa etdiyim "Şuşanın dağları" Şuşanın dağlarında səsləndi. Əziz, qəhrəman hərbçi qardaşımız Elvin, nəğməli Şuşamızdan göndərdiyiniz müqəddəs bayrağımız mənə çatdı. Bu şərəfli bayrağı ömrümün sonuna qədər göz bəbəyim kimi qoruyacağıma söz verirəm" deyə, müğənni bildirib. /Axşam.az
BiG.Az


Xəbərlər Baxılıb: 2850 Tarix: 30 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş