Covid-19-a yoluxmamaq üçün evdən çölə çıxmır

Covid-19-a yoluxmamaq üçün evdən çölə çıxmırXalq artisti Məleykə Əsədova Covid-19 virusundan qorunma sirrlərini açıqlayıb.
Axşam.az xəbər verir ki, aktrisa evdən çölə çıxmadığını etiraf edib:

"İşim yoxdursa, bütün günü evdə oluram, şeirlər hazırlayıram. Qızımla birlikdə ev işləri ilə məşğul oluruq. Çox vacib işim yoxdursa, evdən çıxmıram. Bütün günü çoxlu meyvə və tərəvəz yeyirəm, bol-bol su içirəm. Ən əsası isə limon, zəncəfil, cəfəri ilə detoks edib içirəm. Bir də bal, zəncəfil və limon qarışığından səhər duran kimi 2 xörək qaşığı yeyirəm.

Çalışaq özümüzü və doğmalarımızı qoruyaq. Maskasız və spirtsiz olmaz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1905   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş