Xocalı aeroportu ilə bağlı YENİ XƏBƏR

Xocalı aeroportu ilə bağlı YENİ XƏBƏRQarabağa gələn Rusiya sülhməramlıları Azərbaycanın Xocalı aeroportu yaxınlığında səhra hospitalı qurublar.

BiG.AZ xəbər verir ki, uçuş zolağının yaxınlığında qurulan hospitalda reanimasiya, diaqnostika, cərrahiyyə və stamotoloji kabinetlər fəaliyyət göstərəcək.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, xüsusi təyinatlı tibb heyəti sülhməramlılar üçün tibbi dəstək verəcək və tanınmamış "Dağlıq Qarabağ əhalisi"nə lazımi tibbi yardım göstərəcək.

Ötən gün Qarabağa hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisinin birinci hissəsi gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, Şərq Hərbi Dairənin xüsusi təyinatlı tibbi heyətinin tərkibində 122 hərbçi, 54 ədəd avtomobil və xüsusi texnika, 66 ton yük tanınmamış Dağlıq Qarabağa köçürüləcək. /Modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3999   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş