Maradonanın həkimi futbolçunun ölümü ilə bağlı ittihama cavab verdi
Argentinanın futbol üzrə yığmasının sabiq oyunçusu və baş məşqçisi Dieqo Maradonanın həkimi Leopoldo Luke bildirib ki, özünü idmançının ölümündə günahkar hesab etmir.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
"Biz bacardığımız hər şeyi etdik", - o jurnalistlərə bildirib. Həkim vurğulayıb ki, istintaqla əməkdaşlıq etməyə hazırdır. "Mən hesab etmirəm ki, bunda kimsə təqsirkardır", - Leopoldo Luke əlavə edib.
BiG.Az


İdman Baxılıb: 878 Tarix: 29 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş