Azərbaycan Ordusu dünya hərb tarixinə adını qızıl hərflərlə yazdı - VİDEO

Azərbaycan Ordusu dünya hərb tarixinə adını qızıl hərflərlə yazdı - VİDEODünya hərb tarixində Azərbaycan ordusunun keçirdiyi əməliyyat kimi qısa zamanda az itki ilə böyük zəfər qazanılan çox az müharibə olub. Buna görə indi hərbi ekspertlər və beynəlxalq hərbi araşdırma mərkəzləri Azərbaycanın savaş təcrübəsini öyrənirlər. Bir çox mütəxəssislər isə bu döyüşü ikinci dünya müharibəsində yaponların Pyorl-Harbor limanında ani hücumla qazandığı böyük zəfərlə müqayisə edirlər.

Dünya hərb tarixinə nəzər salarkən bariz görünən budur ki, torpaq qazanmaq üçün hücum edən tərəfin itkiləri qələbə qazanılsa belə qarşı tərəfə nisbətən daha çox olur. Çünki, müdafiə mövqeyində olan tərəf illərlə öz mühəndis-istehkam qurğularını qurur və möhkəmləndirir. Ermənistanın nümunəsində olduğu kimi.

Azərbaycan ordusunun bu savaşda daha bir dezovantajı işğal altındakı ərazilərin böyük əksəriyyətinin mürəkkəb relyefi idi. Bu hərbçilərimizin işini iki qat çətinləşdirərək, təbii müdafiə xətti rolunu oynayırdı. Amma nə bu coğrafi amil bizə mane oldu, nə də ermənilərin milyardlarla dollar sərf edərək qurduqları müdafiə sədləri. Əslində bu qurğuları inşa edərkən erməni tərəfi ən önəmli faktorları unutmuşdular. Azərbaycan əsgərinin ümmansız vətən sevgisini, qorxmazlığıni, qələbəyə nə qədər susadığını! Ekspert Rəşad Süleymanov da bildirir ki, Azərbaycan ordusu hücumda ən az itki verməklə dünya hərb tarixində yeni şanlı səhifə açdı.

Bunu da qeyd edək ki, Ermənistan itki siyahılarına xaricdən cəlb edilən terrorçuların sayını əlavə etmir. Çünki, onların ad və sayları heç zaman ictimaiyyətə təqdim olunmayacaq.

Amma bu zəfərdən sonra dünya ictimaiyyətinə təqdim olunaraq, hərbi dərsliklərə salınmağa layiq önəmli məqam ordumuz tərəfindən ən müasir silah və texnologiyaların tətbiqidir.

Ancaq nə qədər yeni texnologiyalar və yüksək dəqiqlikli silahlar tətbiq olunsa belə, təəssüf ki, heç bir savaş itkisiz olmur. Xüsusilə düşmən böyük dağıdıcı gücə malik silahlardan da istifadə etdiyinə görə, şəhidlərimiz arasında tanınmaz hala düşənlər də ola bilər. Həmin şəxslərin xüsusi analizlər apararaq, şəxsiyyətlərinin aşkar edilməsi və ailələrinə təhvil verilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə olunur. Bu müharibənin acı qanunudur. Təsəllimiz və qürur yerimiz ısə şəhidlərimizin qanını yerdə qoymamağımız, düşmən tapdağından xilas olan yurd yerlərimiz, hər yerdə yüksələn müqəddəs bayrağımızdır.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2107   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 278
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 459
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 485
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 225
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 508
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 591
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 201
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1130
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 1036