Ermənistanın eks-nazirindən SOS: Aclıq yaxınlaşır

Ermənistanın eks-nazirindən SOS: Aclıq yaxınlaşırİşğalçı Ermənistan 44 günlük müharibədən təkcə böyük maddi və canlı itkilərlə çıxmadı, eyni zamanda, on illərlə torpaqlarımızın qanunsuz istismarından əldə elədiyi gəlirlərlə (buna görə təbii ki, nə vaxtsa Azərbaycana böyük təzminat ödəməli olacaq!) varlanmaq, kasad büdcəsini doldurmaq imkanlardan məhrum oldu. Üstəgəl, Xankəndi və digər ərazilərimidən yoxsul Ermənistana erməni köçü baş verdi.

Pandemiyanın yaratdığı obyektiv çətinliklər, soyuq qışın qapını kəsdirməsi də ciddiyə alınarsa, əminliklə söyləmək olar ki, düşmən ölkədə sosial-iqtisadi problemlər, ərzaq təminatı labüd olaraq kritikləşməyə doğru gedəcək.

"Artsax"ın böyük bir hissəsinin itirilməsi nəticəsində Ermənistan və "Artsax"da çox yaxın zamanda qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaranacaq. İlk növbədə də çörəklə təminat və qiymət artımı baxımından".

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan NEWS.am saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, həm Qarabağ erməniləri, həm də Ermənistan əhalisi üçün qida təhlükəsizliyi təhdidləri ümumi xarakter daşıyır. "Birinci təhlükə mümkün taxıl çatışmazlığı ilə bağlıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edir. Artıq bizim nəzarətimizdə olmayan "Artsax" ərazilərində isə 150 min ton taxıl (25%) istehsal edilirdi. Biz Ermənistanda istehsal olunan taxılın 75 faizini itirmişik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Aradakı defisiti xaricdən satın almalarla doldurmalı olacağıq. Dolların məzənnəsinin artmağa doğru olduğunu nəzərə alsaq, çörəklə təminat və onun qiyməti ilə bağlı problemimiz olacaq. Bura keçmişdə Gürcüstanla sərhəddəki "Yuxarı Lars" keçid məntəqəsindən qış dövründə taxıl idxal edərkən daxili bazara ciddi təsir göstərən maneələrlə qarşılaşdığımızı da əlavə eləmək lazımdır", - deyə sabiq nazir həyəcanla qeyd edib.

Sözünə davam edən Xaçatryan deyib:"Koronavirusla əlaqədar əsas ixracatçı ölkələrdən taxıl ixracına qoyulan məhdudiyyətləri də yaddan çıxarmaq olmaz. Çörəyin qiyməti qalxarsa, hər şeyin qiyməti artacaq. Artıq sərhəd ərazisinə çevrilmiş "Artsax" və Ermənistan ərazilərində, məsələn, Karvaçarda (işğal altında olmuş Kəlbəcər nəzərdə tutulur – red.), Sünikdə (Zəngəzur – red.) heyvandarlıq inkişaf etmişdi. Məlum bəyanatı imzaladıqdan sonra ölkə səlahiyyətlilərinin vəziyyətə reaksiyası, təəssüf ki, vəziyyətə qeyri-adekvat oldu və insanlar lazımi dəstəyi almadılar. Nəticədə xeyli sayda heyvan itirildi. Bu isə həm də ət və süd itkisi deməkdir. Əfsus ki, bizim qida təhlükəsizliyi strategiyamız yoxdur. Ermənistan Respublikası müstəqillik qazandığı gündən bəri kənd təsərrüfatı ilə məşğul olmur".

Sabiq kənd təsərrüfatı naziri xüsusilə "demokratik Paşinyan iqtidarı" dönənini nəzərdə tutaraq onu da bildirib ki, son iki ildə əkinçilik məhsullarının çoxunu istehsal edən təsərrüfatlar dövlət dəstək proqramlarında iştirak etməyib. "Ermənistan, aqrar ölkə olduğu halda bu gün bizdə Kənd Təsərrüfatı Nazirliyinə belə, yoxdur. Bu absurddur. Üstəlik, kənd təsərrüfatının inkişafı ərazi inkişafından ayrılmazdır. Bu siyasət də həyata keçirilmir", - deyə o sonda əlavə edib.

Keçmiş nazirin söylədiklərindən bu qənaət hasil olur ki, Ermənistanda müharibə sonrası çörək qıtlığı, böyük səfalət və hətta aclıq tezliklə qaçılmaza çevrilə bilər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 711   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497