Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə... - Qarabağ qazisi

Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə... - Qarabağ qazisiAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı 44 günlük müharibə haqqında hələ çox danışılacaq. Bu döyüşlər tariximizə qızıl hərflərlə yazıldı və illər ötəcək, nəsillər dəyişəcək, ancaq bu döyüşlər daim fəxr və qürur hissi ilə xatıranacaq, gələcək nəsillər bu döyüşlər haqqında fəxarətlə danışacaq, çünki bu döyüşlər əsrlər boyu ermənilərin xalqımıza qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoydu, bütün dünyaya Azərbaycan xalqının gücünü, birliyini, əzmini, yenilməzliyini göstərdi.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bu döyüşlərin qəhrəman iştirakçılarından biri də Sumqayıtdan könüllü olaraq döyüşlərə qatılmış əsgər Sahil Həsənovdur. Vətən uğrunda döyüşlər zamanı bir qolunu itirən S.Həsənov çox qürurludur, qalib ordumuzun əsgər və zabitlərinin vətənpərvərliyindən, qəhrəmanlığından, ordumuzun və xalqımızın birliyindən fəxrlə danışır:

"Onu deyim ki, vətənpərvərlik hissi doğulandan bizim beynimizə həkk olunur. Vətən, xalq sevgisi bizim qanımızdadır. Biz heç zaman torpaqlarımızın işğal altında qalması ilə razılaşa bilməzdik, qarış-qarış da olsa torpaqlarımızı işğaldan azad etməli idik və məhz bu amal uğrunda xalqımız bir yumruq kimi birləşdi.

Döyüşlər zamanı ruh yüksəkliyi o qədər yüksək idi ki, heç nədən çəkinmirdik, əsgərlər və zabitlərimiz yaralansa da irəli gedirdi, bir amal var idi, ancaq irəli. Heç bir çətinlik bizi dayandıra bilmirdi. Cənab Ali Baş Komandan İlham Əliyev, generallarımız, zabitlərimiz bizə elə gözəl ruh yüksəkliyi verirdi ki, bizi heç nə dayandıra bilməzdi. Generallarımız, zabitlərimiz əsgərləri ilə çiyin-çiyinə döyüşürdülər. Zabit və əsgərin fərqi yox idi, elə bir şərait yaranmışdı ki, hamı qardaş idi, sanki bir atanın, bir ananın övladları idik, əsgərləzimizin gözündə heç bir qorxu yox idi, bir amalımız var idi - torpaqlarımızı işğaldan azad edək, bizdən sonra dövlətimiz daha da gücləsin, xalqımız daha yaxşı yaşasın, tarixlər yazılsın və bir də heç zaman torpaqlarımız işğal edilməsin. Azərbaycan ordusu elə döyüşdü ki, bunun haqqında danışmaqla, yazmaqla bitməz".

S.Həsənov deyib ki, düşmən ordumuz qarşısında çarəsiz durumda qalmışdı, silahlarını atıb qaçırdılar: "Biz şəhidlərimizi, yaralılarımızı çiynimizə alıb döyüşə-döyüşə düşmənin üzərinə gedirdik, düşmən isə qoruxdan silahlarını atıb, yaralılarını, meyitlərini qoyub qaçırdı. Onlar bax belə qorxaq idilər. Düşmənin 30 ildə qurduğu istehkamları qısa zamanda darmadağın etdik, elə məqamlar oldu ki, düşmənlə əlbəyaxa gəldik, düşməni bıçaqla məhv etdik, ona heç bir aman vermədik. 1-ci Qarabağ müharibəsində iştirak etmiş düşmən əsgər və zabitləri də döyüşməyə gəlmişdi, lakin hamısını məhv etdik, xalqımızın qısasını layiqincə aldıq.

Ancaq onu da deyim ki, biz düşmənin mülki əhalisinə heç bir halda toxunmadıq. Biz yalnız düşmənin əsgər və zabitləri ilə döyüşürdük. Düşmən yalan danışmasın ki, biz mülki əhaliyə toxunmuşuq, biz onlar kimi deyilik, kişi kimi döyüşürdük. Biz artıq qalib xalqıq, bütün dünya bizi tanıdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1582   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497