5 ölkə Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ

5 ölkə Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİHər il Misir, Yunanıstan və Cənubi Kipr silahlı qüvvələri arasında təşkil olunan hərbi təlimlərdə bu il Fransa və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edəcək.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, Türkiyəyə qarşı hər zaman öz çirkin niyyətlərini həyata keçirməyə çalışan ölkələrin sırasına digər 2 dövlətin daxil olması təxribat hesab olunur. Misir, Yunanıstan və Cənubi Kipr bununla bir müddətdir gərginliyin davam etdiyi Şərqi Aralıq dənizindəki mövcud vəziyyəti daha da gərginləşdirmək istəyir.

Qeyd edək ki, BƏƏ və Fransanın ilk dəfə iştirak edəcəyi təlim 30 noyabr-6 dekabr tarixləri arasında Misirin İskəndəriyyə şəhərində baş tutacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2986   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş