Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜ

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəhvətpərəstliyi ilə məşhur olan günəş-kral XIV Lüdovikin macəralarına əfsanələr qoşulurdu. Onun məşuqələri arasında Fransanın ən gözəl və zadəgan qadınları var idi və onların əksəriyyəti rəqiblərini aradan qaldırmaq üçün əllərindən gələni edirdilər. Markiza de Montespanın adı tarixə təkcə kral üçün yeddi övlad dünyaya gətirmiş bir sevgili kimi deyil, həm də məqsədlərinə çatmaq üçün ən çirkin üsullardan belə iyrənməyən qəddar bir cinayətkar qadın kimi yazıldı.

BiG.AZ milli.az-a istinadən öz mənfi obrazını tarixə yazmış bu məşum qadın haqqında yazını dəyərli oxucularına təqdim edir.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 1. Rəssam Ş.Bobran. Solda - "Madmazel de Tonne-Şarantın portreti", təqribən 1660-cı il. Sağda - XIV Lüdovik.

Kraliçanın saray xanımlarından biri olan gənc Fransuaza-Atenais de Montespan, qız vaxtı madmazel de Tonne-Şarant, Fransanın ən qədim kübar ailələrindən birinə aid idi. Son dərəcə fərasətli və acıdil olan bu xanım kralın öz növbəti rəsmi sevgilisi Luiza de Lavalyerə qarşı soyuduğunu öyrəndikdə, nə yolla olursa-olsun, onun yerini tutmağı qərar vermişdi. Markiza de Montespan Luizanın tam əksi idi: o, sadə və xoşxasiyyət olduğunu nümayiş etdirir, şikayət və göz yaşları ilə kralı usandırıb, zəhləsini tökmürdü. Üstəlik, Atenais kifayət qədər yaraşıqlı bir xanım idi, bu səbəbdən XIV Lüdovikin diqqətini cəlb etmək onun üçün heç də çətin olmadı.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 2. Solda - Luiza de Lavalyer, sağda -rəssam K.Lefebr - "Luiza de Lavalyerin Diana obrazındakı portreti".

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 3. Rəssam Larjilyer. "Markiz de Montespan".

Onun həyat yoldaşı - kifayət qədər yoxsul birisi olan markiz de Montespan cəmiyyətdə bu və ya digər məqama və ya nüfuza malik deyildi. Lakin o, arvadını dəlicəsinə sevir və iztirablı şəkildə onu rəqibinə qısqanırdı. Günlərin bir günü markiz səfərdən qayıtdıqda, Atenaisin kraldan hamilə olduğunu öyrənir. Bu zaman XIV Lüdovik markizin Fransanı tərk etməsini əmr edir. Markiz malikanəsinə qayıdır və əsl tamaşa təşkil edir, arvadının "təkəbbürü və naz-qəmzəsi səbəbindən" vəfat etdiyini bəyan edərək, onun üçün cənazə duası (messa) sifariş edir. Markizin ölümündən sonra onun arvadına yazdığı məktublar tapılmışdı: ayrıldıqlarından ötən 35 il boyunca o, arvadını sevməyə davam edibmiş.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 4. Solda - XIV Lüdovikin gənclik dövrü. Sağda - XIV Lüdovik yetkin yaşlarında. Portretlərdən reproduksiyalar.

Həmin vaxt Atenais artıq "Fransanın həqiqi kraliçası" qeyri-rəsmi tituluna yiyələnmişdi. 1667-1683-cü illəri əhatə edən dövrdə o, kral sarayı üzərində böyük nüfuza malik idi. Atenais kral üçün yeddi övlad dünyaya gətirdi və XIV Lüdovik bu uşaqların qanuni doğulduğunu qəbul edərək, onlara Burbon soyadını verdi. Beləliklə, qanuni kraliçanın cəmisi 11 otağının olduğuna rəğmən, Atenais Versalda 20-otaqlı böyük bir saraya köçdü.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 5. XIV Lüdovik.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 6. Solda - Rəssam Ş. de Lafoss. - "Markiza de Montespan dörd qanuniləşdirilmiş övladı ilə", 1677-ci il. Sağda - XIV Lüdovik.

Kral üzərindəki şəriksiz səlahiyyətinə baxmayaraq, markiza de Montespan gənc rəqiblərindən ehtiyat edir və nüfuzunu itirməkdən qorxurdu. O dövrdə xanımlar cadugarların xidmətlərindən çox istifadə edirdilər. Ali təbəqənin xanımları da bu üsuldan səkinmirdi. Möcüzəli dava-dərmanlar xanımlara arzuolunmaz hamiləlikdən qurtulmaqda, əbədi gəncliyə və gözəlliyə yiyələnməkdə, rəqibləri aradan qaldırmaqda və ya sevgili yarın hüsn-rəğətini geri qaytarmaqda yardımçı olurdu.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 7. XIV Lüdovik.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 8. Markiza de Montespan

Madam de Montespan Parisin La Vuazen adlı ən məşhur cadugar qarısına müraciət etdi. Rəqibi Luiza de Lavalyeri aradan qaldırmaq üçün Atenais nəinki xidmətlərindən yararlandığı qarıların əməyini qızılla ödəməyə, hətta özü də ən iyrənc ayinlərdə iştirak etməyə razı idi. Ona öldürülmüş körpələrin qanını içirib, bu qandan üzərinə çəkirdilər, o, cadugar qarının şeytana müraciət etdiyi sözləri təkrarlayır, kralın yeməyinə ovsunlanmış cövhərlər, Lavalyerin yeməyinə isə müxtəlif cür zəhərlər qatırdı.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 9. Solda - naməlum rəssam - "Madam de Montespanın portreti", XVII əsrin ikinci yarısı. Sağda - rəssam P.Minyar. - "Fransuaza-Atenais Roşeşuar, markiza de Montespan".

Markiza de Montespanın qara messalarda iştirakı 1679-cu ildə gözlənilmədən "zəhərlər haqqında iş"in ətrafında güclü qalmaqal yarandığı vaxtda üzə çıxdı: bir nəfər cadugar falçı ziyafətlərin birində şərabdan sərxoşlanaraq, adlı-sanlı müştəriləri ilə öyünürdü. Polislərin müştərilərin kimliyi ilə maraqlanması nəticəsində istintaq başlanıldı və bu istintaqın gedişatında saray əhlinin böyük əksəriyyətinin qara magiya ilə zəhərlərdən yararlandığı məlum oldu. 106 nəfər təqsirkar elan edildi, onların bir hissəsi diri-diri yandırıldı, qalanı isə həsxanalara atıldı.

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - FRANSANIN DƏHŞƏTLİ ÜZÜŞəkil 10. Madam de Montespan övladları ilə, 1678.

İstintaq zamanı işgəncələr altında La Vuazen müştəriləri arasında markiza de Montespanın da olduğunu etiraf etmişdi. Kral sevgilisinə qarşı söylənilən bütün şahid ifadələrinin ləğv edilməsini əmr etsə də, onun çirkin əməllərini bağışlaya bilməmişdi. Markiza öz malikanəsinə köçmək məcburiyyətində qaldı, kral da tədricən ona qarşı soyudu. Yaşlandıqda peşmanlıq çəkən markiza ömrünün qalan hissəsini xeyriyyəçiliyə həsr etmiş, uşaq evləri, qocalar evləri, yoxsul qızlar üçün pansion və s. açaraq, bütün var-dövlətini kasıblara paylamışdı. Onun 1707-ci ildə vəfat etdiyi xəbərini kral soyuqqanlılıqla qəbul etdi. Onun artıq çoxdan idi ki, yeni bir sevgilisi var idi və bu sevgilinin qismətində XIV Lüdovikin gizli arvadı olmaq var idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1568   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568