Jerar Depardye: Azərbaycana heyranam, Sizin böyük ürəyiniz var

Jerar Depardye: Azərbaycana heyranam, Sizin böyük ürəyiniz varAzərbaycan böyük ölkədir və sizin böyük ürəyiniz var.

Kult.az xəbər verir ki, bu sözləri məşhur fransız aktyoru Jerar Depardye "Nərgiz" jurnalına açıqlamasında bildirib.

Aktyor Azərbaycana səfərindən bəhs edib və bildirib ki, bu ölkənin mədəniyyətinə, gözəlliyinə heyrandır:

"Mən bu gözəl ölkəni - Azərbaycanı yenidən ziyarət etdiyim üçün çox xoşbəxtəm. Azərbaycan böyük ölkədir və sizin böyük ürəyiniz var! Çox sağ olun!"

Xatırladaq ki, məşhur fransız aktyoru Jerar Depardye 2011-2012-ci illərdə Azərbaycanda səfərdə olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1231   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş