Bayrağı əyninə geyinənlərə Flora Kərimovadan SƏRT MÜNASİBƏT

Bayrağı əyninə geyinənlərə Flora Kərimovadan SƏRT MÜNASİBƏTÜçrəngli bayraq! İndi Vətənin ən uca zirvələrində dalğalanırsan! Uğrunda neçə-neçə oğulların şəhid və qazi oldu, canından, qanından keçdi. Sənə bürünüb Vətən torpağında uyumaq şərəfini seçdi. Vətənpərvərliyini şəhadəti, qaziliyi ilə göstərdi…

Bəs onda bəzilərimiz Şuşa qalasında dalğalanan, şəhid məzarlarına dikilən bayrağımızı niyə əynimizə geyinirik? Bununla hansı vətənpərvərlik nümunəsi göstərməyə çalışırıq? Niyə sənət adamları, müğənnilər bayrağımıza belə bir münasibət göstərirlər?

BiG.AZ Konkret.az-a istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova bununla bağlı sərt fikirlərini bildirib: "Bu, ciddi problemdir. Və məni çox narahat edir. Onları başa salın ki, ayıbdır. Bayraq namusdur, qeyrətdir, şəhidlərimizin qanıdır, şəhid analarının göz yaşıdır. Bayraqdan bu şəkildə istifadə etmək olmaz. Guya xoşa gəlmək, vətənpərvər olmaq istəyirlər. Amma bu, vətənpərvərlik deyil. Bəzi-bəzi insanlar "vətənpərvərlik" edib belə ucuz şeylərə əl uzadanda düşünürəm ki, bir erməni gülləsinin səsini eşitsəydilər, bilmirəm, hansı yerə soxular, ya da göyə dırmaşardılar. Yəni kimlərəsə xoş gəlmək, gələcəkdə ad almaq, özünü gözə soxmaq üçün bayrağı ucuzlaşdırmaq olmaz! Vətənpərvərlik karyera mənbəyi deyil, evə gətirilən çörək deyil. Vətənpərvərlik ləyaqətdir. O, Allahdan ya verilir, ya da verilmir.

"Bir də görürsən, kipriklərinə o qədər tuş vururlar ki, hər kipriyi ox boyda olur, başlayırlar vətənpərvərlikdən danışmağa, oxumağa. Üz-gözünü, saçını bəzəyib-düzəyib şəhidlər haqqında oxumaq, danışmaq olmaz. Bəziləri bəlkə cavandır, başa düşmür belə şeyləri. Amma onlara yumşaq başa salmaq lazımdır ki, əyinlərinə geyindikləri bayraq şəkilli paltarla hər yerə gedə bilməzsən".

Bayrağı geyim kimi, ümumiyyətlə, istifadə etmək olmaz. Xüsusən də əndamlı qadınların buna əl atması çox biabırçıdır. Bütün əzaları bayraq formalı geyimlə vulqar görünür, üstəlik, əllərini də bellərinə qoyub poza verəndə ikrah doğururlar. Üzlərinə də ki, aşırı kosmetikadan baxmaq olmur.

Mən həmişə demişəm ki, vətənpərvərlik ürəklə sevib, Vətəni ağılla qorumaqdır. Bir vətənpərvərin ki, ağlı topuğundadır, belə şeyləri başa düşmür və belə şeyləri edəndə özü kimilər ondan nümunə götürür, onlar da bir-biri ilə yarışa girir, bu, artıq mənəviyyatsızlıqdır. Belə olan halda Vətənin mənası da cılızlaşır, hər şey mənasını itirir. Belələrinin hərəkətləri özündən, eqoistliyindən, hədəfindən, hədəfə gedən yolundan başqa heç nə aşılamır və başqalarına yalnız tərbiyəsizlik dərsi verir.

Bir söz deyəndə də belələri demokratiyanı əsas gətirirlər. Məgər demokratiya əlcəkdir ki, beş barmağını da içinə salasan. Demokratiyadan əvvəl mənəviyyat əsasdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2997   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278