Antibiotiklər və hormonal dərmanlar ağırlaşmaya səbəb olur-Virusa yoluxanlara XƏBƏRDARLIQ

Antibiotiklər və hormonal dərmanlar ağırlaşmaya səbəb olur-Virusa yoluxanlara XƏBƏRDARLIQ"Əksər respirator xəstəliklərin kliniki simptomları oxşardır və buna görə də xəstənin məhz COVID-19 infeksiyasına yoluxub-yoluxmadığını dəqiqləşdirmək çox vacibdir. Bu zaman düzgün diaqnostika yalnız laborator müayinənin keçirilməsi ilə mümkündür".

BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

O qeyd edib ki, artıq qış mövsümünün astanasındayıq və bu dövrdə kəskin respirator xəstəliklərə yoluxma riski və ehtimalı çox yüksək olur: "Nəzərə alsaq ki, hazırda COVID-19 pandemiyası davam etməkdədir, bu zaman eyni vaxtda bir neçə virusa yoluxma ehtimalı da mövcuddur".

N. Mürsəlova bildirib ki, son bir neçə həftə ərzində ölkə üzrə yeni növ koronavirusa yoluxanların statistikasında mənfi dinamika müşahidə olunur: "Bu, o deməkdir ki, infeksiyaya yoluxan xəstələrin sayında nəzərə çarpan artım var. Bu artımın müxtəlif səbəblərini qeyd etmək lazımdır. Bu səbəblər arasında gün ərzində havanın dəyişkən mülayim keçməsini, payızın gəlməsi ilə əlaqədar orqanizmin immun statusunun zəifləməsini qeyd etmək olar.

Onun sözlərinə görə, müharibə vəziyyəti səbəbindən də əhali tərəfindən xəstəliyə qarşı diqqət azalıb və bu məsələ bir qədər ikinci plana keçib.

N.Mürsəlova qeyd edib ki, hazırda ölkədə davam edən xüsusi karantin rejiminin qaydalarına görə kütləvi tədbirlərin keçirilməsinə qarşı irəli sürülən tələblərin qüvvədə olmasına baxmayaraq, insanların dəfn mərasimlərində və səfərbərlik məntəqələrinin önündə sıx şəkildə toplanması xəstəliyə yoluxanların sayındakı artıma səbəb olub.

Mütəxəssis bildirib ki, bir çox xəstələrin həkimə gec müraciət etməsi və ya evdə özünümüalicə ilə məşğul olması xəstəliyin ağırlaşmasına və bəzi hallarda hətta ölümlə nəticələnməsinə gətirib çıxarır: "Respirator simptomları və ya hərarəti olan insanlar bəzən COVID-19 diaqnozundan sanki ehtiyat edərək, özlərini evdə ən çox yayılmış üsullardan olan antibiotiklərlə, virus əleyhinə istənilən dərmanlarla və ya hormonal preparatlarla müalicə etməyə başlayırlar. Adətən, belə müalicə üsulları ailə üzvü, qohum, tanış və ya iş yoldaşının məhz bu dərmanlarla müalicə olunmasından əmin olan xəstələr tərəfindən istifadə olunur. Lakin unutmaq olmaz ki, oxşar simptomlar eyni xəstəlik demək deyil və müxtəlif insanlarda eyni dərmanlarla müalicə olunmur. Son həftələrin müşahidəsi onu göstərir ki, xəstəxanaya ağırlaşmış vəziyyətdə daxil olan xəstələrin böyük hissəsi evdə özünümüalicə ilə sağaltmağa çalışan və ya vaxtında və müvafiq mütəxəssisə müraciət etməyən şəxslərdir. Bu insanlar arasında pərakəndə şəkildə antibiotiklərdən istifadə edənlər əksəriyyət təşkil edir. Nəzərə almaq lazımdır ki, ehtiyac olmadan antibiotiklərdən istifadə olunması digər sağlamlıq problemlərinə gətirib çıxarır. Eyni zamanda ehtiyac olmadan genişspektrli (yəni güclü) antibiotiklərdən istifadə edilməsi isə artıq ağırlaşmış vəziyyətdə xəstəxanaya daxil olan xəstələrin müalicəsi üçün antibiotik seçiminin olmamasına səbəb olur və belə xəstənin yanaşı bakterial ağırlaşmasını artıq müalicə etmək çox çətin olur və ya mümkün olmur".

Həkimin sözlərinə görə, hormonal preparatların ev şəraitində istifadəsi arzuolunmazdır, çünki onlar xəstəliyin əlamətlərini gizlədərək yaxşılaşma təəssüratı yaradır və bu zaman inkişaf edən ağırlaşma gec nəzərə çarpır. Bu da artıq xəstəxanaya düşən insanın müalicəsini çətin və ya mümkünsüz edir: "Əhaliyə bir daha müraciət etmək istərdim ki, ilk növbədə hətta açıq havada belə sıxlıq olduqda tibbi maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə, fiziki məsafənin saxlanmasına riayət etsinlər. Eyni zamanda kütləvi tədbirlər, iştirak edilməsi vacib olmayan dəfn, yas və ya digər toplantı yerlərinə getməkdən çəkinmək yolu ilə xəstəliyə yoluxmadan özlərini və yaxınlarını qorusunlar. Xəstəlik əlamətləri qeyd edildikdə özlərini təcrid etməklə yanaşı dərhal aidiyyəti üzrə həkimə müraciət etsinlər, laboratoriya müayinəsindən keçib, erkən və düzgün müalicəyə cəlb olunsunlar. Mən əminliklə bildirirəm ki, bütün bu deyilənlərə əməl etməklə biz özümüzü və ətrafımızdakı insanları xəstəlikdən müdafiə edə bilərik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1158   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493