"Neftçi" "Zirə" ilə heç-heçə etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
"Report"un məlumatına görə, turun ilk matçında "Neftçi" "Zirə"ni qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra "Zirə" 19-cu, "Neftçi" isə 18-ci xalını qazanıb.
Qeyd edək ki, turun "Səbail" - "Qarabağ" və "Keşlə" - "Sabah" matçları noyabrın 29-da keçiriləcək. XI tura noyabrın 30-da "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.
BiG.Az


İdman Baxılıb: 329 Tarix: 28 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş