Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: "Elə bilirdim bacımı oğurlayacaqlar" - FOTO

Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: "Elə bilirdim bacımı oğurlayacaqlar" - FOTOHər anın öz hökmü var deyib atalarımız. İllər əvvəl Kəlbəcəri tərk edərkən qucağında tutduğu bacısı ilə çəkilən fotosu dünyanı dolaşan qızla işğal günlərindən danışanda, bir gün ona gözaydınlığı üçün zəng edəcəyimiz ağlımıza belə gəlməzdi. Bəlkə də şablon olaraq, "İnşallah, Kəlbəcər işğaldan azad edilər" ifadəsinin fərqinə varmadan sağollaşmışdıq Həyat xanımla...

Düz 27 il əvvəl, Kəlbəcər işğal olunarkən ata-anasınından ayrı düşən iki qızcığazın fotosu Kəlbəcərin simvoluna çevrildi.

Fotodakı nisbətən böyük olan bacı 1 yaşı tamam olmayan bacısını iki gün qucağından yerə qoymur. Sanki əlindən yerə
qoysa, bacısını oğurlayacaqlar kimi düşünür.

Bir neçə il əvvəl Modern.az olaraq bu şəkildəki qızları tapdıq, onlardan müsahibə aldıq. İndi isə ötən illəri xatırlayaraq, Kəlbəcərin azadlığından danışdıq. Bacısı ilə şəklinin dünyanı gəzdiyini, artıq bu fotonun tarixə çevrildiyini bildirdik.

Həyat Bayramova Kəlbəcərin işğaldan azad edilməsilə bağlı Modern.az-a danışarkən sevinc gözyaşlarına boğuldu:

"Heç bilməzdim ki, o şəkil bu qədər məşhur olacaq. O zaman elə müsibət anlar idi ki, şəkil yada düşmürdü. Biz Kəlbəcərə qayıdanda bacımla yeni şəkil çəkdirib sizə yollayacağıq. Həmin şəkli də dünyaya yayarsınız".

"Hər gün yaralı əsgərin toxunduğu bayrağa baxıb ağlayıram..."

"Siz inanırsınızmı ki, noyabrın 10-dan - bu xəbər çıxandan mən gecə-gündüz yatmıram, sevincimin həddi-hüdudu yoxdur. İllərdir bu günün həsrətilə yaşayıram. Evimdə yaralı əsgərimizin tutduğu bayraq var. Hansı ki, Murovdağ silsiləsində olanda həmin bayrağı sancan əsgərimiz yaralanıb. O bayrağı məktəb direktorumuz mənə verdi. İnanın, hər səhər evi təmizləyə-təmizləyə yaralı əsgərimizin toxunduğu o bayrağa baxıb ağlayıram".

"Şükür, Şəhidlərimizin qanı yerdə qalmadı..."

Danışdıqca sevincdən gözyaşlarına hakim ola bilməyən Həyat xanımın arzusu o bayrağı aparıb ana yurduna öz əlilə sancmaqdır:

"İnanın, sevincdən dilim söz tutmur danışmağa. Axşam hərbçi olan yaxın qohumum zəng edib ki, "İstisu"dadır. Deyirəm nə olardı, məni də aparardın özünlə. Deyir inaşallah, sən gələn günlər də olacaq.

Mənim birinci arzumdur Kəlbəcərə qayıtmaq. Bütün əsgərlərimizi Allah qorusun. Allah bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevi qorusun. Hər birimiz ona minnətdarıq. Bütün Şəhid analarının qarşısında baş əyirəm, Allahdan onlara səbr arzu edirəm. Şükür ki, Şəhidlərimizin qanı yerdə qalmadı".

Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: "Elə bilirdim bacımı oğurlayacaqlar" - FOTO"Arzum hərbi formada Kəlbəcərə qayıtmaqdır..."

Hazırda Goranboyun Buzluq kəndində yaşayan kəlbəcərli xanımın bir arzusu var, hərbi formada vətənə qayıtmaq:

"Bircə istədiyim budur ki, hərbi formanı geyinib öz doğma vətənimə gedim. Heç olmasa evimizin yerini tapım, orda oturub əlimi Allaha açıb şükür edim.

Sevincimin həddi-hüdudu yoxdur. Mən bu uçuq evdə min bir zülmlə, əzabla 3 bala böyütmüşəm. Uçuq daxmanın altında bu günü gözləmişəm. Gözləmişəm ki, Ana Vətənimə, doğma torpağıma qayıdacam".

"Əsgərlər evcik qurduğum yerə gedirlər..."

Hazırda 20, 16, 8 yaşında iki qız, bir oğul sahibi olan ana uşaqlıq xatirəsində qalan Kəlbəcərə onlarla birgə qayıdacağı günü gözlədiyini deyir:

"Axşam xəbərlərdə əsgərlərimizin Toğana-Kəlbəcər yolunda irəlilədiyini göstərən kadrlara baxanda, oğlum Nihada deyirəm ki, indi əsgərlərimiz mənim balaca vaxtı evcik qurub oynadığım, anadan olduğum yerə gedirlər. Uşaq ağlı ilə deyir, ana, eviniz orda durur? Deyirəm yox, deyir indi gedəndə məni aparmayacaqsan özünlə, həmişə "İstisu", "İstisu" deyirsən, bəs aparmayacaqsan məni orda çimməyə?

Deyirəm aparacam, inşallah, mən üç balamla birlikdə qayıdacam Kəlbəcərə".

"Təki ömür vəfa etsin..."

Həyat Bayramova deyir ki, şəkildə qucağında tutduğu bacısı Fatimə hazırda Gəncədə yaşlı ata-anası ilə birlikdə yaşayır:

"Hamımızın arzusu Kəlbəcəri yenidən görməkdir. Atam-anam 70 yaşındadırlar. Atam şəkər xəstəsidir, anamın təzyiqi var. Allah ömür verər, qismət edər, inşallah, onlar da qayıdarlar. Kim vətəninə, elinə qayıtmaq istəməz ki? Təki ömür vəfa etsin, gedib o yerləri yenidən görsünlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3752   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 240
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 116
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 190
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 95
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 615
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 220
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 336
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1432
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 1082