Köçürülmə zamanı boş qalan evlər şəhid və qazi ailələrinə verilə bilər?

Köçürülmə zamanı boş qalan evlər şəhid və qazi ailələrinə verilə bilər?Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələndi. İşğaldan azad olunmuş rayon və şəhərlərdə yaşayış üçün bütün infrastruktur qurulduqdan sonra məcburi köçkün ailələrinin öz doğma dədə-baba yurdlarına köçürülməsi başlanacaq. Bu gün təklif olunan məsələlərdən biri də Bakıda və digər bölgələrdə dövlət tərəfidən məcburi köçkünlər üçün tikilmiş evlərin 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərin ailələrinə və qazilərimizə verilməsidir. Məcburi köçkünlərin köçürülməsi zamanı boşaldılan evlər şəhid ailələrinə və qazilərə verilə bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, burada çox böyük bir əhalinin say tərkibindən söhbət gedir:

"Hər birimiz çox gözəl bilirik ki, vaxtı ilə 750 minə yaxın insan Qarabağın ətrafında yaşayıb və oradan məcburi köçkün kimi geri qayıdıblar. Nəzərə alsaq ki, 140 min əhalisi olan Ağdamın,indi 200 minə yaxın əhalisi var. Eləcə 750 min vətəndaşımızın sayı da bəlkə də 1 milyona çatıb. Cənab prezident keçən dəfə bəyanatında bildirdi ki, əhalinin köçürülməsi məsələsi heç də asan deyil.

Hər il təxminən 15 min əhalinin köçürülməsi nəzərdə tutulur. İnfrstrukturun qurulması, vətəndaşlarımızın evlərlə, lazım olan müəssisələrlə təmin edilməsi, yəni məktəb, iş yerləri, baxça, kənd təsərrüfatı və bu kimi yaşayış üçün vacib olunan məsələlər həll olunduqdan sonra insanlarımızın oraya köçürülməsi başlayacaq.

Elə proseslər çərçivəsində boşalcaq evlərin hansı istqamətdə istifadə olunması məsələsi əsas predment kimi ortaya çıxacaq.

İkinci Vətən müharibəsi dövründə şəhid və qazi olan əsgərlərimiz var. Həmin şəxslərin ailələrinin ev şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin sosial layihələri var.Düşünürəm ki, köçürülmə dövründə bu evlər boşaldıqdan sora dövlətin müvafiq orqanları müəyyən addımlar ataraq həmin imtiyazdan olan, vətən uğrunda döyüşərək şəhid və qazi olanların ailələrini diqqətdə saxlayacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1532   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 322
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198