Hər kəs reytinqləri alt-üst edən bu serialdan danışır - FOTO

Hər kəs reytinqləri alt-üst edən bu serialdan danışır - FOTOSon zamanlar çox danışılan "Netflix" serialı "The Queen Gambit"in yayımlanmasından sonra şahmat taxtası satışında hədsiz artım müşahidə olunub.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, baxış sayısı ilə "Netflix"də birinci pilləyə yüksələn serialı izləyicilərdə şahmat həvəsi oyadıb.

Belə ki, dünyanın dörd bir yanında serialı izləyən hər kəs şahmat taxtası almaq üçün dükanlara üz tutub. Həmçinin daha bahalı şahmat setlərinə də maraq göstərənlər az deyil.

Qeyd edək ki,yayımlandığı tarixdən etibarən gündəmdən düşməyən "The Queen's Gambit" "Netflix"in ən çox izlənən serialı olaraq tarixə keçib. Elizabet Harmon rolunu canlandıran Anya Taylor Coyun uğurlu serialı 28 gündə 62 milyon izlənilib. "Netflix"in məlumatına görə serial 92 ölkədə ilk 10-luqda, 63 ölkədə isə 1-ci yer tutub.

Hər kəs reytinqləri alt-üst edən bu serialdan danışır - FOTOHər kəs reytinqləri alt-üst edən bu serialdan danışır - FOTOFidan Bayramova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3223   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş