"COVİD-19" xəstələri ölmədən öncə BUNU GÖRÜRLƏR - VİDEO

"COVİD-19" xəstələri ölmədən öncə BUNU GÖRÜRLƏR - VİDEOABŞ-ın Missuri ştatından olan həkim Kennet Remi koronavirusdan ölən xəstələrin son anda nələr gördüyünü "canlandırıb".

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə həkim özünün"Twitter" səhifəsində video paylaşıb.

Kadrlarda qoruyucu kostümda olan həkim əvvəl kameranı uzaqlaşıb yaxınlaşdırır və bildirir ki, qanda oksigenin doyma səviyyəsi 80 faizdən aşağı düşən və dəqiqədə 40 dəfə nəfəs alan xəstə həkimi məhz bu cür görür. Xəstənin son gördüyü isə tibbi cihazlar və parlaq işıq olur.

Kennet Remi sonda hər kəsə bu mənzərəni görməmək üçün xəbərdarlıq edib:

"Baxın, ictimai yerlərdə maska ​​taxmasanız, sosial məsafəni qorumasanız, əllərinizi mütəmadi olaraq yumasanız, ömrünüzün sonunda siz, yaxud əzizləriniz bunu görəcək. Mən sizin vahimə dolu baxışlarınızı görən son insan olmaq istəmirəm".

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2587   Tarix: 27 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş